Gəncənin icra başçısı şəhid plakatlarının sökülməsinə göstəriş verib?
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə-Bakı yolundakı, eləcə də Gəncə şəhərindəki bütün Şəhid plakatları və şəkilləri söküləcək və sökülməlidir. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 23 aprel 2025-ci il tarixində Gəncəli Şəhid ailələri ilə görüşündə deyib.
AzPost bildirir ki, bu barədə Gəncədəki şəhid ailələri tərəfindən Etikxeber.az-a daxil olan məlumatda bildirilib.
Bildirib ki, ya Şəhid ailələri özləri plakatları, şəkilləri sökməli, ya da yerli qurumlar tərəfindən Şəhid plakatları və şəkilləri sökdürüləcək. İcra başçısı hətta vaxt da qoyub.
Qeyd olunub ki, bu addım bütün Şəhid ailələrinin narazılığına səbəb olub.
Şəhid ailələri Gəncə şəhər İcra Hakimiyyətinin bu addımı ilə heç cür razılaşmadıqlarını və razılaşmayacaqlarını bildiriblər.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















