Icma.az
close
up
RU
“Gəncəsər və Xudavəng kimi abidələr... Deputat

“Gəncəsər və Xudavəng kimi abidələr... Deputat

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsələ yalnız bir neçə yazıdan, daş lövhədən və ya dini rəmzdən ibarət deyil. Burada söhbət bütöv bir tarixi yaddaşın kimə məxsus olması uğrunda mübarizədən gedir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, bir abidənin üzərinə sonradan başqa yazı əlavə edilirməsi tarixi mənbəyə müdaxilədir:

"Gəncəsər və Xudavəng kimi abidələr Qafqaz Albaniyasının xristian irsi ilə bağlı Azərbaycanda aparılan uzunmüddətli tarixi araşdırmaların mühüm mövzularındandır. Bu abidələrdə müxtəlif dövrlərdə aparılmış dəyişikliklər, əlavə edilmiş yazılar və daş elementlər barədə Azərbaycan alimlərinin araşdırmaları mövcuddur. Bu səbəbdən hər bir detalın müasir elmi metodlarla, əvvəlki fotoşəkillər, arxiv materialları və epiqrafik nümunələrlə müqayisəli şəkildə öyrənilməsi vacibdir. Əgər bir abidənin üzərinə sonradan başqa yazı əlavə edilirsə, qədim element dəyişdirilir və ya tarixi qat gizlədilirsə, bu artıq sadəcə restavrasiya məsələsi deyil. Bu, tarixi mənbəyə müdaxilədir. Daş da sənəddir. Freska da sənəddir. Ornament də sənəddir. Sənədi dəyişməklə isə keçmişi dəyişmək mümkün deyil”.

Deputat qeyd edib ki, Xudavəngdəki freskaların, qədim rəmzlərin və digər elementlərin taleyi hərtərəfli araşdırılmalıdır:

"Xüsusilə Xudavəngdəki freskaların, qədim rəmzlərin və digər elementlərin taleyi hərtərəfli araşdırılmalıdır. Eyni yanaşma müqəddəs Dadi ilə əlaqələndirilən qalıqların 2023-cü ildə ərazidən aparılması barədə məlumatlara da şamil edilməlidir. Dini və mədəni irs şəxsi əşya deyil ki, ərazini tərk edərkən götürüb aparasan. Belə məsələlərdə inventarlaşdırma, sənədləşdirmə və beynəlxalq ekspertiza ən doğru cavabdır. Burada bir paradoks da var. İllərlə dünyaya "mədəni irs” dərsi verməyə çalışan dairələr Qarabağdakı xristian abidələrinin bütün tarixi qatlarının obyektiv araşdırılması məsələsində eyni həssaslığı göstərməlidirlər. Əgər həqiqətən məqsəd mədəni irsi qorumaqdırsa, nədən qorxuruq? Qapılar mütəxəssislərə açılsın, daşlar, yazılar, freskalar, tikinti qatları müasir texnologiyalarla tarixləndirilsin və nəticəni elm desin”.

"Azərbaycanın məqsədi tarix yaratmaq deyil. Azərbaycanın kifayət qədər zəngin tarixi var. Məqsəd mövcud tarixin üzərindən sonradan çəkilmiş siyasi qatları ayırmaqdır. Tarixin ən yaxşı xüsusiyyəti də budur: onu müəyyən müddət gizlətmək olar, amma əbədi susdurmaq mümkün deyil. Daşın yaddaşı siyasi təbliğatdan daha uzunömürlüdür”,-deyə deputat vurğulayıb.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri