Gənclər arasında dünya çempionatının ən yaxşı futbolçusu oldu
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çilidə başa çatan 2025-ci il gənclər arasında (U-20) dünya çempionatının ən yaxşı oyunçuları müəyyənləşib.
QOL.az xəbər verir ki, turnirin qalibi olan Mərakeş millisinin üzvləri fərdi mükafatların da sahibləri olublar.
Çempionatın ən yaxşı futbolçusu adına Mərakeş millisinin yarımmüdafiəçisi Otman Maammu layiq görülüb. O, yarışın “Qızıl top” mükafatını qazanıb. Onun komanda yoldaşı, final qarşılaşmasında dubl edən hücumçu Yassir Zabiri isə “Gümüş top”a layiq görülüb. “Bürünc top” isə Argentina millisinin yarımmüdafiəçisi Milton Delqadaya nəsib olub.
Ən yaxşı qapıçı mükafatı argentinalı Santino Barbiyə verilib.
Turnirin bombardirləri isə 5 qol vurmuş dörd futbolçu olub: ABŞ millisinin yarımmüdafiəçisi Benjamin Kremaski, Kolumbiyadan hücumçu Neyser Vilyarreal, Fransa yığmasının forvardı Lyuka Mişal və mərakeşli Yassir Zabiri.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















