Icma.az
close
up
RU
Gənclər arasında halsızlığın səbəbləri nədir? ŞƏRH

Gənclər arasında halsızlığın səbəbləri nədir? ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər gənclər arasında halsızlıq, yuxusuzluq, diqqətsizlik və tez yorulma halları artmaqdadır. Bu hallar həm gündəlik fəaliyyətə, həm də ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.

Bunun səbəbi nədir? Hansı hallarda belə vəziyyətlə qarşılaşmaq olar? Bəs həll yolları hansılardır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan həkim-terapevt Günay Lətifova bildirib ki, bu hallar artıq bütün yaş qruplarında müşahidə olunur.

Terapevt vurğulayıb ki, hava şəraitinin qeyri-sabitliyi, gündəlik qəbul edilən qidalar və onların keyfiyyəti orqanizmdə hormonal dəyişikliklərə gətirib çıxarır:

“Burada yalnız testosteron və estrogen hormonlarını nəzərə almaq düzgün deyil. Orqanizmi idarə edən çoxsaylı hormonlar mövcuddur. Onlardan biri insulin, digərləri isə qalxanabənzər vəzinin hormonlarıdır. Bu hormonların balanssızlığı insanlarda yuxusuzluq, halsızlıq, gücsüzlük və digər problemlərə səbəb olur.

Digər mühüm amil vitamin çatışmazlığıdır. İnsanlar kifayət qədər günəş işığı ala bilmir və yediyi qidalardan lazımi vitaminləri əldə edə bilmir. Bu da orqanizmdə disbalans yaradaraq gənclərdə və ümumilikdə hər kəsdə yuxusuzluq, halsızlıq, baş ağrısı və zəiflik kimi şikayətlərə səbəb olur.

Bu proseslərlə mübarizə aparmaq üçün gözləmək olmaz, çünki bu hallar yalnız 30–40 yaşdan sonra deyil, artıq gənc yaşlardan başlayır. Təəssüf ki, vaxtında məlumatlı olmadığımız üçün müalicəyə gec başlanılır. Halbuki uşaqlıqdan D vitamini qəbul edilməlidir ki, sümüklər möhkəm olsun və raxitlik yaranmasın. A və C vitaminləri də vaxtında qəbul edilməlidir ki, dəri sağlam, gözəl və elastik qalsın”.

 Günay Lətifova bildirib ki, əgər çəkidə artım və piylənməyə meyillilik müşahidə olunursa, mütləq şəkildə qalxanabənzər vəzi və insulin yoxlanılmalıdır:

“Uşaqların sağlamlığına valideynlər daha diqqətli yanaşmalı, onların orqanizmində baş verən dəyişikliklərə dərhal müdaxilə etməlidirlər. Müalicəyə erkən başlamaq həm daha effektiv, həm də sağlam nəticələr verir. Orqanizmdə baş verən hər bir disbalansın vitamin və hormonal dəyişikliklərdən qaynaqlandığını qeyd etmək lazımdır.

Həddindən artıq tərləmənin səbəbi də vitamin D çatışmazlığı ola bilər. Ümumiyyətlə, orqanizmdəki hər bir disbalans vitamin və hormonal dəyişikliklərlə bağlıdır. Buna görə də hər kəs ailə həkiminə müraciət etməli, müvafiq analizlər verməli və vaxtında düzgün diaqnoz qoyulmalıdır”.

Terapevtin sözlərinə görə, bu məsələdə bölgələrdə kifayət qədər həkim və terapevt mövcuddur və insanlar onlara rahatlıqla müraciət edə bilərlər:

“Vacib olan vaxtında həkimlə məsləhətləşmək, müayinədən keçmək və lazımi müalicəyə başlamaqdır.

Nəticə etibarilə, halsızlıq, diqqətsizlik, yuxusuzluq və yorğunluq kimi problemlərin səbəbləri müxtəlif olsa da, düzgün qidalanma, vaxtında tibbi müayinə və sağlam həyat tərzi bu halların qarşısını almağın əsas yollarıdır”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri