Gənclər arasında insult halları niyə artır? HƏKİM CAVABI
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bütün dünyada gənclər arasında insult hallarının sayı artmaqdadır. Lakin bu artım təkcə həyat tərzi amilləri ilə deyil, həm də diaqnostika keyfiyyətinin yüksəlməsi ilə bağlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə həkim- nevroloq Sebastian Amerisin "Infobae" nəşrinə verdiyi müsahibədə danışıb.
İnsult — beyində qan dövranının kəskin pozulmasıdır və bu zaman beyin toxumaları zədələnir. İnsultun növündən asılı olaraq orqanizmdə fərqli proseslər baş verir:
İşemik insult zamanı damarlar trombla tıxanır və beyinə qan axını tədricən azalır.
Hemorragik insult isə damarın partlaması və beyin toxumasına qan sızması nəticəsində baş verir, bu da qan təchizatının qəfil dayanmasına səbəb olur.
Doktor Amerisin sözlərinə görə, insultun ənənəvi risk faktorları- yüksək qan təzyiqi, siqaret çəkmə, şəkərli diabet və qanda xolesterin səviyyəsinin artması- bu gün gənclər arasında daha tez-tez müşahidə olunur. Lakin eyni zamanda müasir diaqnostika metodlarının təkmilləşməsi və daha geniş əlçatan olması da aşkarlanan insult hallarının artmasına təsir edir.
Nevroloq əlavə edib ki, insultların yayılma tezliyi müxtəlif ölkələrin ekoloji və sosial-iqtisadi şəraitindən, eləcə də əhalinin sayından asılı olaraq dəyişir və bu sahədə daha dərin tədqiqatlara ehtiyac var. Bununla belə, müasir həyat tərz- yüksək stress, aşağı fiziki aktivlik- bu təhlükəli damar patologiyasının əsas səbəbləri arasında göstərilir.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















