Icma.az
close
up
RU
Gənclər kim üçün ixtisas seçir? Valideynlər öz arzularını diqtə edir

Gənclər kim üçün ixtisas seçir? Valideynlər öz arzularını diqtə edir

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Valideynlərin övladlarının ixtisas seçiminə müdaxilə etməsi heç də normal hal kimi qiymətləndirilmir. Bəzi hallarda bu cür müdaxilələr uğurlu olsa da, bir sıra hallarda uğurlu alınmır, gənclərin sonrakı iş karyerasında çətinliklər yaradır. 


Bu addım psixoloji cəhətdən də düzgün davranış hesab edilmir.

Sfera.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirib ki, bu kimi yanaşmalar bəzən övladların şəxsiyyət formalaşmasına və psixoloji rifahına ciddi təsir göstərir.

Onun sözlərinə görə, valideynlərimizin əksəriyyəti çata bilmədiyi müəyyən pillələrə sonradan övladlarının çatmasını istəyirlər ki, bu da bir çox hallarda yaxşı olmayan nəticələrə gətirib çıxarır:

"Təəssüflər olsun ki, valideynlərimizin əksəriyyəti “mənim övladım ən yaxşısı olmalıdır” düşüncəsi ilə yanaşırlar. Amma bu doğru deyil. Əsas məsələ, uşaqlarının qabiliyyət və bacarıqlarıdır. Bunu nəzərə almırlar”.


Psixoloqun sözlərinə görə, bu gün bir çox gənc artıq bu yanaşmaya qarşı çıxır, lakin ailə təzyiqi çox vaxt seçim azadlığını əlindən alır:


“Son vaxtlar uşaqların bir qismi artıq buna etiraz edir, amma bu o demək deyil ki, problem həll olunub. Əvvəlcə uşağın potensialını görmək və onu nəyə qadir olduğunu müəyyənləşdirmək lazımdır. Biz valideynlər qərar qəbul edən zaman uşağın fikrini, seçimini nəzərə almalıyıq”.


Ekspert qeyd edib ki, yönləndirmə ilə təzyiq arasındakı xətti düzgün ayırd etmək vacibdir:


“Həvəsləndirmək olar, amma istək uşağın özündən gəlməlidir. Əgər uşaq seçimini özü edirsə və həvəslə bu yola gedirsə, bizim məsləhətimizlə uğur qazana bilər. Amma bu, təzyiq formasında olmamalıdır. Çünki doğrudan da uşaq istədiyi yerdə olmayanda, bir müddət sonra ixtisasını, universitetini dəyişmək istəyir, ya da susaraq həyatına davam edir və müəyyən yaşdan sonra deyir ki, “mən olmaq istədiyim yerdə deyiləm””.


Bununla yanaşı, qərarsız və ya istiqamətə ehtiyac duyan uşaqlara valideynlərin kömək etməsinin əhəmiyyətini də vurğulayan psixoloq bildirib ki, bəzən uşaqlar qərarsız olur:

"O zaman valideyn təbii ki, istiqamət verə bilər. Amma bu zaman da hər şeyi izah edərək, övladı düzgün yönləndirmək vacibdir.
Gənclərin ixtisas və həyat yolu seçiminə dair verdikləri qərarlar onların gələcək psixoloji sağlamlığına birbaşa təsir edir. Bu səbəbdən valideynlərin məsləhət vermə ilə təzyiq göstərmə arasındakı incə xətti doğru anlaması mühüm əhəmiyyət daşıyır".


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri