Icma.az
close
up
RU
Gənclər Mərkəzi İsmayıllı rayonunda tədbir keçirib

Gənclər Mərkəzi İsmayıllı rayonunda tədbir keçirib

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Gənc fotoovçu yaşıl kənddə” adlı layihəsi həyata keçirir.

Xalqcebhesi.az xəbər verir ki, layihə çərçivəsində İsmayıllı rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “Layihənin müddəti 3 aydır. Layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir. Ekoturistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var. Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu da ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, həmin fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermiş olarıq. Eyni zamanda, yaşıl kəndlərin füsunkar mənzərələri ilə yanaşı, təbiətdəki canlıları silahla yox fotoaparatla ovlamağı, təbiətin gözəlliklərini minlərlə insanlara göstərməklə zövq almağına xidmət edəcəkdir.

Layihənin bildiyiniz kimi COP 29-un keşirilməsi ərəfsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu günlərdə Bakıda keçirilən qlobal tədbir uğurla başa çatmışdır.”

Tədbirdə çıxış edən İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin müdir müavini Nəsimi Teymurov, İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və İsmayıllı Dövlət Hümanitar və Texnologiya Kollecinin əyani şöbəsinin müdiri Elmir Ağayev Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür etdilər və İsmayıllı rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili”ndə görülən işlərdən danışdırlar. Tədbir iştirakşılarına “Gənc fotovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanıldı, iştirakçılara sertifikatlar verildi. İsmayillı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin müdir müavini Nəsimi Teymurova və İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyevaya İsmayıllı rayonunda gənclər arasında maarifləndirin tədbirlərin təşkilində fəal iştirakına və dəstəyinə görə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” mükafatı verildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see168

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see152

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see143

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see142

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see140

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see138

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see137

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri