Icma.az
close
up
RU
Gənclər Mərkəzi yekun tədbirini Qəbələdə keçirilib

Gənclər Mərkəzi yekun tədbirini Qəbələdə keçirilib

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Gənc fotoovçu yaşıl kənddə” adlı layihəsi həyata keçirir.

“Yeni Gundem” xəbər verir ki, layihə çərçivəsində Qəbələ rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki, layihənin müddəti 3 aydır:

“Layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir. Ekoturistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var. Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu da ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, həmin fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermiş olarıq. Eyni zamanda, yaşıl kəndlərin füsunkar mənzərələri ilə yanaşı, təbiətdəki canlıları silahla yox fotoaparatla ovlamağı, təbiətin gözəlliklərini minlərlə insanlara göstərməklə zövq almağına xidmət edəcəkdir. Layihənin bildiyiniz kimi COP 29-un keşirilməsi ərəfsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu günlərdə Bakıda keçirilən qlobal tədbir uğurla başa çatmışdır.”

Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirdi ki: “Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.”

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Göyüşlü Qaraxan Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal-qərb regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür edib və regionda “Yaşıl Dünya naminə həmrəylik ili”ndə görülən işlərdən və bu işlərə gənclərin töhfəsindən danışıb.

Tədbir iştirakşılarına “Gənc fotovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanılıb, iştirakçılara sertifikatlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 01 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri