“Gənclər milli qəhrəman yox, oğru aləmi”ni seçir!” Faciənin astanasındayıq
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Təhsil eksperti Kamran Əsədov məzun günləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, o, məktəb və universitetlərin təkcə elm verən qurumlar yox, həm də şəxsiyyət formalaşdıran sistemlər olduğunu vurğulayıb.
Ekspert qeyd edib ki, bu gün məzun mərasimlərində səslənən musiqilər, nümayiş olunan rəqslər, şagird və tələbələrin üzərindəki döymələr, mənasız sözlərlə yazılmış köynəklər narahatedici mənzərə yaradır:
“Əgər bir şagirdin idealı rep klipindəki zorakı obrazdırsa, əgər universitet məzunu üçün qəhrəmanlıq ‘brend’ geyinmək, sosial şəbəkədə izləyici yığmaqdırsa – deməli biz onları yalnız akademik deyil, mənəvi olaraq da tərk etmişik”.
O, əlavə edib ki, bu gənclərə Vətəni, tarixi, əxlaqı və zəhməti sevdirmək istiqamətində sistemli iş aparılmayıb:
“Biz onlara qəhrəman obrazı təqdim etməmişik. Nəticədə onlar xarici filmlərdən, sosial mediadan, bəzən də nihilist musiqilərdən özlərinə "qəhrəman" düzəldirlər.
Niyə məktəblinin köynəyində milli qəhrəmanın şəkli, yaxud ‘Mən müəllimimi sevirəm’ cümləsi yox, məchul ‘oğru aləmi’ işarəsi yazılıb? Niyə məzun musiqisi Qarabağ Zəfərindən yox, Los-Anceles küçələrindən gəlir? Cavab aydındır: çünki sistem tərbiyə etmir. Sadəcə məlumat ötürür. Bu, gələcəyin faciəsidir”.
Əsmətxanım Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 İyun 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















