“Gənclər Paytaxtı“ seçilmiş Goranboyun rəsmi loqo və maskotu təqdim olunub
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı il üçün Azərbaycanın "Gənclər Paytaxtı" seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub.
Moderator.az xəbər verir ki, loqonun əsas elementi olan "G" hərfi həm Goranboyu, həm də gəncliyi simvolizə edir. Loqonun yuxarı hissəsində yer alan alov Goranboy adının mənşəyinə "gor (qor)" (od, odlar yurdu) anlayışına istinad edir və enerji ilə dinamizmi ifadə edir.
Aşağı hissədəki çay və təbiət elementləri isə rayonun zəngin təbii irsini və davamlı inkişaf ideyasını əks etdirir. Bu elementlərin vəhdəti "G" hərfi daxilində gənc obrazının formalaşmasına imkan yaradır. 2026-cı ilin "Gənclər Paytaxtı"nın maskotu olaraq su elementini simvolizə edən obraz seçilib.
Bu seçim Goranboy rayonunun ərazisindən keçən çayların və ümumilikdə su ehtiyatlarının bölgənin təbii, sosial və mədəni həyatında mühüm rol oynaması ilə əlaqədardır. Su maskotu həyatın mənbəyini, təmizliyi, saflığı və davamlı inkişafı ifadə etməklə yanaşı, gəncliyin daim yenilənən, hərəkətdə olan və gələcəyə doğru inkişaf edən enerjisinin rəmzi kimi təqdim olunur.
Baxış sayı:49
Bu xəbər 16 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















