Icma.az
close
up
RU
Gənclər siyasəti dövlətimizin əsas prioritetidir

Gənclər siyasəti dövlətimizin əsas prioritetidir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən son dərəcə uğurlu şəkildə qurulan gənclər siyasəti möhtəşəm nəticələrlə yaşadılmaqdadır. Qarşıya qoyulmuş məqsədlərin öhdəsindən layiqincə gələn gənclərimiz dövlətimizin etimadını doğruldaraq  ölkəmizin aparıcı sosial-siyasi qüvvəsinə çevrilə bildilər. Gənclərin  ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq, onlara qayğı Ulu öndər Heydər Əliyevin əsas siyasi xətlərindən biri idi.

Müstəqil Azərbaycanın prezidenti kimi Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi inkişaf siyasəti bütün sahələrdə - eləcə də gənclər siyasətində uğurların əldə edilməsi ilə yadda qaldı. Ölkəmizdə gənclər gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Dahi şəxsiyyət hələ 1970-ci illərdə Azərbaycanda gənc nəslin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmişdir. Ümummilli lider həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə gənclər siyasətini ölkənin inkişafında əsas prioritetlərdən biri kimi həmişə diqqətdə saxlayıb, müasir Azərbaycan gəncinin bilikli, dünyagörüşlü, Vətənə, torpağa bağlı ruhda böyüməsi üçün hərtərəfli iş aparmışdır. Ölkəmizdə bu gün davam etdirilən bir sıra inkişaf sahələrinin əsası hələ yetmişinci illərdən qoyulub. Bu sahələrdən ən mühümü isə gələcəyimiz olan gənclərlə aparılan iş, onlara göstərilən böyük diqqət və yüksək qayğıdır.
Məhz Ulu öndər Heydər Əliyevin sərf etdiyi böyük əmək nəticəsində gənclərimiz keçmiş sovetlər birliyinin ən nüfüzlu ali məktəblərində təhsil alaraq ölkəmizə qayıtdılar. Bununla yanaşı ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Ümummilli lider Heydər Əliyevin Vətən qarşısında, gənclər qarşısında ən böyük xidmətlərindən biri idi.

1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət gəncləri müstəqil Azərbaycan dövlətinin inkişafı naminə quruculuq prosesində iştirak etmək üçün fəal olmağa səsləyirdi. Gənclər Ulu öndərin bu cağırışına yekdilliklə cavab verərək dünya şöhrətli siyasətçinin ətrafında sıx birləşdilər. 

1994-cü ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizə dövlətçilik ideyalarının təbliğində, onların dövlət quruculuğu işində uğurlu addımlar atmasında mühüm yol göstərmiş oldu. Məhz bu fərmandan sonra Ulu Öndərin rəhbərliyi altında gənclərimiz müstəqil Azərbaycan dövlətinin inkişafı naminə daha inamlı, etibarlı, uğurlu addımlar atmağa başladırlar.

Ümummilli lider Heydər Əliyevin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən fevral ayının 2-si Azərbaycanda Gənclər Günü elan edildi. Eyni zamanda, Ulu Öndər tərəfindən bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edildi. Qəbul edilmiş qanunlar, dövlət proqramları gənc nəslin hərtərəfli formalaşmasına, həm mənəvi, həm də ideoloji cəhətdən mütəşəkkil formada yetişməsinə böyük təsir göstərdi.

Daha sonrakı illərdə Prezident İlham Əliyev gənclər siyasətini ən yüksək səviyyədə davam etdirilməklə dünyaya örnək ola biləcək bir gənclik təqdim etdi. Həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafının, onların cəmiyyətdə fəal iştirakının təmin olunmasında mühum rol oynadı. Prezident İlham Əliyevin gənclərlə mütəmadi görüşləri, onlara təklif və  tövsiyələri, gəncliyimizə tam dövlət dəstəyi, onların diqqət və qayğı  ilə əhatə olunması  inkişafa töhfələr verdi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramı qəbul olunması, ölkəmizin hər yerində “Gənclər evi”-nin yaradılması, perspektivli gənclərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi istiqamətində yaradılmış “Yüksəliş” müsabiqəsi   və eyni zamanda Gənclər Fondunun fəaliyyəti sosial həyatın bütün sahələrində daha aktivliklə müşahidə olunmağa başladı. Bütün bunların fonunda gənclik həm də bir daha əmin oldu ki, hər zaman ona dəstək verməyə hazır olan bir dövləti var. O dövlət ki, onun əsas dayaqları da gənclərimizdir.

Biz gənclərimizlə fəxr edir, onların fəaliyyəti ilə qürur duyuruq. Bu gün Vətən üçün, dövlət üçün, cəmiyyətimiz üçün faydalı olan Azərbaycan gəncliyi alqışa layiqdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazmış Azərbaycan gəncləri qüdrətini təkcə işğalçılara deyil, dünyaya nümayiş etdirən qalib gənclik statusu qazanıb. Əminik ki, bu statusu ilə dünyaya örnək olan gənclərimiz Prezident İlham Əliyevin liderliyi ilə daha böyük uğurlar qazanacaq və dövlətimizin qüdrəti ilə hər birimizi sevindirməyə davam edəcəklər.


Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri