Icma.az
close
up
RU
Gənclər siyasətinin təntənəsi Cavanşir Feyziyev yazır...

Gənclər siyasətinin təntənəsi Cavanşir Feyziyev yazır...

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Heydər Əliyev gənc nəslin dövrün tələblərinə uyğun yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndərin imzaladığı sərəncama əsasən, fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi qərara alındı.

Forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təqdimatı idi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix – 2 fevral günü Azərbaycanda Gənclər Günü elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qazanılması, qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə də gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizin gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemini nəzərdə tutur. Bu məqsədlər “Gənclər siyasəti haqqında” Qanunda öz əksini tapıb.

Hazırda ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni və siyasi-ictimai həyatın bütün istiqamətlərində gənclərin fəal iştirakı nəzərə çarpır. Gənclər sadəcə bu prosesin iştirakçısı deyil, həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər.

Prezident İlham Əliyev bu siyasəti məqsədyönlü şəkildə davam və inkişaf etdirir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək məqsədilə “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” kimi proqramları təsdiq edib. Proqramlara uyğun olaraq gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Respublikamızın bütün bölgələrində beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi kütləvi idmanın inkişafına səbəb olub. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bakıda Dünya və Avropa miqyaslı yarışların keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərin uğurlarından xəbər verir.

Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoyur. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil almağa göndərilməsi gənclərin təhsilinə göstərilən qayğının təzahürüdür.

Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların milli – mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada, Heydər Əliyevin fikirləri gənclər üçün həmişə çıraq olub. “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”- deyən Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqilliyin və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət edir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi – hüquqi və iqtisadi-sosial islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Heydər Əliyev müasir gəncliyin potensialını dəyərləndirərkən demişdir: “Yalnız milli xarakterli, milli düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”. Azərbaycan gəncliyi artıq Qarabağın azad olunmasında, tarixi Zəfərimizin qazanılmasında öz sözünü deyib və Ulu öndərin fikirlərini öz əməlləri ilə təsdiq ediblər.

Müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır.

Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-cı ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən, 2020-ci ilin 44 günlük Vətən savaşında, 2023-cü ilin antirerror əməliyyatlarında sinəsini sipər edən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda son nəfəsinəcən mücadiləyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun və İlham Əliyev siyasətinin təntənəsidir.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri