Icma.az
close
up
RU
Gənclər təhsil üçün niyə xaricə gedirlər?

Gənclər təhsil üçün niyə xaricə gedirlər?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaricdə təhsil gəclərə hansı imkanlar qazandırır ..... 

Artıq ali məktəblərə ixtisas seçiminə sayılı günlər qalıb. Bu dövrdə xaricdə təhsil məsələsi yenidən gündəmə gəlir. Son illərdə Azərbaycanlı tələbələr arasında xaricdə təhsil almağa maraq getdikcə artır. 

Bu artım yalnız daha yüksək keyfiyyətli təhsil arzusundan irəli gəlmir, həm də beynəlxalq təcrübə qazanmaq, fərqli mədəniyyətləri tanımaq və gələcəkdə daha geniş iş imkanları əldə etmək məqsədini güdür. Xaricdə təhsil tələbələrə geniş dünyagörüşü qazandırır, dil bacarıqlarını gücləndirir və qlobal əmək bazarında daha rəqabətli olmalarına imkan yaradır. 

Lakin bu yolun öz çətinlikləri də var. Məsələn, təhsil xərclərinin yüksəkliyi, viza məsələləri və yeni bir mədəniyyətə uyğunlaşma kimi problemlər tələbələri çətin vəziyyətə sala bilər. 

“Cebheinfo.az” - a mövzu ilə bağlı açıqlamasında verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, geniş bilik və beynəlxalq təcrübə qazandırdığı üçün gənclər arasında xaricdə təhsil marağı artıb: 

“Son illər gənclər arasında xaricdə təhsil almağa marağın artması qlobal trend və dəyişən əmək bazarı tələbləri ilə birbaşa bağlıdır. Beynəlxalq miqyasda tanınan universitetlərdə təhsil almaq həm nəzəri, həm də praktik biliklərin daha inteqrativ şəkildə təqdim olunması gənclərə yalnız elm deyil, həm də müstəqil düşünmək, qərar vermək və liderlik bacarıqları aşılamaq baxımından xüsusi cəlbedicilik daşıyır. 

Xaricdə təhsil həm də dil bacarıqlarının inkişafı, fərqli mədəniyyətlərlə tanışlıq və qlobal dünyada daha çevik adaptasiya imkanı verir. Bu kimi üstünlüklər gəncləri belə fürsətlərdən yararlanmağa sövq edir”. 

Ekspert qeyd edib ki, ölədə təhsil sistemi inkişaf etsə də, bəzi gənclər daha yaxşı imkanlar və xüsusi sahələrdə ixtisaslaşmaq üçün xaricdə təhsili seçirlər: 

“Azərbaycanın təhsil mühiti də son illər ciddi inkişaf mərhələsinə qədəm qoyub. Yeni universitetlərin yaranması, beynəlxalq proqramların tətbiqi, xarici müəllimlərin cəlb olunması, distant və müasir təlim texnologiyalarının yayılması bu inkişafın nümunələridir. Lakin paralel olaraq bəzi gənclər daha fərqli metodologiya və mühit axtarışında xarici təhsilə üstünlük verirlər. 

Onların bir qisminin qərarı yalnız yerli təhsil sisteminə münasibətlə deyil, şəxsi inkişaf planları, xarici mühitə uyğunlaşmaq istəyi, beynəlxalq karyera arzuları ilə də bağlıdır. Bəzən bu qərarın səbəbi yerli universitetlərdə yetərli sayda ixtisaslaşma imkanlarının olmaması və ya müəyyən sahələr üzrə spesifik elmi mərkəzlərin xaricdə daha güclü fəaliyyət göstərməsidir”. 

O bildirib ki, xaricdə təhsil alan gənclər ölkəyə qayıtdıqda adaptasiya çətinlikləri ilə üzləşə bilsələr də, dövlətin dəstəyi onlara inteqrasiya prosesi üçün kömək edir: 

“Bu təcrübədən sonra ölkəyə qayıdan gənclər müxtəlif situasiyalarla qarşılaşa bilirlər. Bir çox hallarda onların bilik və təcrübəsi yüksək dəyərləndirilir, dövlət və özəl sektorda mühüm mövqelərə təyinatlar olur. 

Dövlətimizin həyata keçirdiyi “Gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” da məhz bu məqsədə, yəni ixtisaslı və qlobal biliklərə malik mütəxəssislərin ölkəyə qaytarılması və onların inkişaf prosesinə cəlb olunmasına xidmət edir. 

Digər tərəfdən, ölkəyə qayıdan bəzi gənclər ilkin mərhələdə adaptasiya çətinlikləri yaşayırlar. Bu isə təbii haldır, istənilən ölkədə xaricdə təhsil almış şəxsin yeni mühitə alışması üçün müəyyən dövr tələb olunur. Bu mərhələdə dövlətin yaratdığı dəstək mexanizmləri və əmək bazarına inteqrasiya proqramları mühüm rol oynayır. Sevindirici haldır ki, bu istiqamətdə də ölkəmizdə ardıcıl addımlar atılır”. 

Ekspert qeyd edib ki , xaricdə təhsil və yerli təhsil birləşərək ölkə inkişafına töhfə verir, dövlət isə bu istiqamətləri dəstəkləyir: 

Xaricdə təhsil gənclərimiz üçün dəyərli fürsətdir və bu lokallaşdırılmış keyfiyyətini yüksəltməklə gənclərin ölkə daxilində də yüksək səviyyədə təhsil almasına şərait yaradır. Əsas məsələ bu iki istiqamətin – yerli təcrübənin ölkə inkişafına töhfə verməsi üçün düzgün istiqamətləndirilməsinə ehtiyac var. 

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Gənclər xaricdə təhsil Əmrah Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri