Gənclər və idman naziri Neftçala və Salyan rayon sakinlərini qəbul edib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.
Bu barədə 525.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qəbuldan öncə F. Qayıbov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Salyan Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq
13 May 2025 18:03
“Azəristiliktəchizat”ın rəhbərliyi Salyan və Neftçala sakinləri ilə görüşüb AZƏRTAC
02 Dekabr 2024 11:16
Gənclər və idman naziri Naxçıvana səfər edib
06 Fevral 2026 13:35
Salyan Biləsuvar Neftçala seçki dairəsində 206 nəfər ilk dəfə səsvermədə iştirak edəcək
15 Yanvar 2025 07:24
Baxış sayı:130
Bu xəbər 04 İyun 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















