Icma.az
close
up
RU
Gənclər və onların valideynləri erkən evliliklə bağlı maarifləndirilməlidir ŞƏRH

Gənclər və onların valideynləri erkən evliliklə bağlı maarifləndirilməlidir ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Son vaxtlar azyaşlıların nişanlanması və ya evləndirilməsi ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən bu kimi halların qarşısı vaxtında alınsa da, çox vaxt proses gizli şəkildə baş verir və nəticədə qız uşaqları erkən yaşda təhsildən, uşaqlıqdan və azad seçim hüququndan məhrum olurlar. Bu isə yalnız fərdi faciə deyil, həm də cəmiyyətin sosial inkişafına, qadınların roluna və gələcək nəsillərin sağlam formalaşmasına ciddi zərbə vurur.

Mütəxəssislər hesab edir ki, erkən nikah hallarının qarşısının alınması üçün ailələrin maarifləndirilməsi, hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi və ictimai qınağın artırılması vacibdir. Əks halda, bu problemin kökü kəsilməyəcək və gələcəyin gənc qızları eyni aqibəti yaşamağa davam edəcəklər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az " a açıqlamasında deyib ki, ailə təkcə qan bağının deyil, həm də mənəvi və sosial məsuliyyətin təcəssümüdür. Bu baxımdan ailə institutunun qorunması və gücləndirilməsi təkcə dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın mənəvi borcudur:

"Gənclərin ailə həyatı ilə bağlı məsuliyyət hissinin formalaşdırılması, onların nikahdan öncə psixoloji və sosial hazırlığının təmin edilməsi, həm valideynlərin, həm də gənclərin bu sahədə maarifləndirilməsi dövlətin davamlı inkişafında mühüm rol oynayır. Lakin təəssüf ki, ailə institutunu sarsıdan mənfi meyllər hələ də mövcuddur. Bunların başında erkən nikah və qohum evliliyi kimi halları qeyd etmək lazımdır. Bu iki problem həm fərdi, həm sosial, həm də milli səviyyədə gələcəyimizə ciddi təsir göstərməkdədir. Erkən nikahlar bir çox hallarda gənc qızların və oğlanların təhsilini, inkişafını və gələcək arzularını yarımçıq qoyur. Erkən yaşda ailə həyatı qurmaq həm fiziki, həm psixoloji, həm də iqtisadi baxımdan gənclərin həyatına ağır yük gətirir. Bu cür hallar nəticəsində təhsil imkanlarının itirilməsi, sağlamlıq problemləri, sosial asılılıq, ailədaxili zorakılıq və boşanmaların artması kimi ciddi fəsadlarla qarşılaşırıq. Erkən nikah nə ailə dəyərlərini qoruyur, nə də xoşbəxt ailələr yaradır əksinə, gələcək nəsillərin rifahını təhlükə altına salır. Erkən evlilik həmçinin cəmiyyətdə çoxsaylı sosial, iqtisadi və psixoloji problemlərə səbəb olan ciddi məsələdir" .

Erkən nikah probleminin səbəblərinin çoxşaxəli olduğunu vurğulayan deputat qeyd edib ki, bəzi ailələr sosial ənənələrə və stereotiplərə sadiq qalaraq qız və ya oğlan uşaqlarını çox gənc yaşda evləndirməyə üstünlük verirlər, bəzi hallarda isə iqtisadi çətinliklər və ailənin maddi vəziyyəti bu qərarı sürətləndirir:

"Təəssüf ki, yetərli maarifləndirmənin olmaması, gənclərin hüquqları və təhsilin əhəmiyyəti barədə məlumatlılığın aşağı olması da erkən evlilik hallarını artırır. Erkən nikahın təsirləri yalnız fərdi həyatla məhdudlaşmır, cəmiyyət üçün də ciddi nəticələr yaradır. Bu, gənclərin təhsil imkanlarını məhdudlaşdırır, onların peşəkar və sosial bacarıqlarının inkişafına əngəl törədir, həmçinin psixoloji və emosional stabilliyə mənfi təsir göstərir. Gənclər çox vaxt məsuliyyət daşımağa hazır olmadan ailə həyatı ilə üzləşirlər ki, bu da gələcəkdə ailədaxili münaqişələrə, iqtisadi asılılığa və sosial gərginliklərə səbəb olur".

C. Məmmədovun fikrincə maarifləndirmə bu problemin qarşısını almaqda əsas vasitədir. Gənclər və onların valideynləri erkən evliliklə bağlı maarifləndirilməli, təhsil proqramları, seminarlar və sosial kampaniyalar vasitəsilə məlumatlandırılmalıdır:

"Valideynlərin rolu xüsusilə vacibdir, çünki onlar uşaqların həyat seçimlərinə birbaşa təsir göstərirlər. Eyni zamanda, müəllimlər və məktəblər də gəncləri düzgün istiqamətləndirməli, təhsilin və özünüinkişafın vacibliyini daim vurğulamalıdırlar. Məktəb həm də gənclərin sosial bacarıqlarını inkişaf etdirən və onları gələcək həyatda möhkəm təmələ hazırlayan mühüm platformadır. Nəticədə, erkən evlilik problemi yalnız fərdi məsələ deyil, həm də sosial məsələdir və onu həll etmək üçün ailə, məktəb və cəmiyyət səviyyəsində birgə və koordinasiyalı tədbirlər görülməlidir. Təhsil və maarifləndirmə vasitəsilə gənclər öz hüquqlarını və imkanlarını tanımalı, sağlam və balanslı həyat yoluna yönəldilməlidir. Yalnız belə yanaşma cəmiyyətin rifahını artırmaq və gənclərin gələcəyini qorumaq üçün effektiv ola bilər. Cəmiyyətin gücü onun fərdlərindən, fərdlərin formalaşdığı əsas mənbə isə ailə institutundan başlayır. Ailə, sadəcə iki insanın bir araya gələrək birgə həyat qurması deyil, həm də bir millətin gələcəyinin, mənəviyyatının, sabitliyinin və kimliyinin bünövrəsidir. Hər bir sağlam cəmiyyətin təməlində sağlam ailələr dayanır. Fərd ailədə böyüyür, dəyərləri ailədə öyrənir, məsuliyyəti ailədə dərk edir. Bizim ailələrimiz nə qədər güclü olarsa, bizim milli-mənəvi dəyərlərimiz nə qədər möhkəm olarsa, dövlətimiz də o qədər qüdrətli və davamlı olacaq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Noyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri