Icma.az
close
up
RU
GƏNCLƏR VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ EDİLİRSƏ…

GƏNCLƏR VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ EDİLİRSƏ…

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heç bir gənc birdən-birə yüksək inkişaf mərhələsinə çata bilməz. Həmin gəncin  kamil, müdrik bir insan kimi yetişməsi üçün heç şübhəsiz, müəyyən zaman kəsiyinə ehtiyacı var. Və bir də onu qeyd edək ki, öncə gənclərimiz bir məktəb keçməlidir. Bu məktəbin adı tərbiyə, əxlaq və milli-mənəvi dəyərlərdir. Bəs, bu  tərbiyəni gənclərimiz harda almalıdır, harda yetişməli və harda mövqe tutmalıdır?

Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Ən azından ona görə ki, hər bir gəncin öz həyat tərzi, öz ailəsi və düşdüyü bir mühit var. Başqa sözlə demiş olsaq, həmin gəncin əsl vətəndaş, milli və mənəvi dəyərlərə yiyələnməsi üçün hər şeydən əvvəl sağlam, mənəvi cəhətdən milli ideologiyaya uyğun tərbiyə edilmiş və püxtələşmiş  ailəsi olmalıdır. Yəni hər şey ailədən, onun əxlaqından, dünyaya baxışından, milli və bəşəri dəyərlərə nə dərəcədə sahib olmasından asılıdır. 

Əgər ailədə dediyimiz bu elementlər, bu cəhətlər mövcuddursa, deməli, həmin ailənin  övladı da bir gənc olaraq vətənə layiq insan kimi yetişəcək. Sonrakı dövr isə bağça və məktəblə bağlıdır. Yəni bağçada və məktəbdə həmin uşaqlar daha da formalaşır, milli ideologiyaya uyğun tərbiyə edilir və əsl vətəndaş kimi yetişir. Bax, bütün bu sadaladığımız zəruri elementlər  gənclərimizin   vətənpərvərlik ruhunda  böyüməsində çox önəmli rol oynayır. 

Bir dəfə metroda bir oğlanla tanış oldum. Qısa söhbətdən sonra məlum oldu ki, həmin gənc Bakı Dövlət Universitetinin tarix fakültəsinin 4-cü kursunda təhsil alır. Elə ilk söhbətdən onu anladım ki, bu uşaq son dərəcə tərbiyəli, əxlaqlı və mədəni bir gəncdir. Həmin gənclə söhbətimiz çox uzun çəkdi. Yəni metro qatarında yarım saat yol yoldaşı olduq. Bu yarım saatda onun necə savadlı, tərbiyəli, əxlaqlı və dünyagörüşlü olmasını daha dərindən hiss elədim. Çox maraqlı idi ki, bu gənc həm də çağdaş Azərbaycan ədəbiyyatını, eləcə də dünya ədəbiyyatının məşhur yazıçılarının hamısının əsərlərini oxumuşdu.  Hətta Süleyman Rəhimovun «Şamo» romanından danışırdı. 

Həmin  gənc dedi ki, hər bir ailədə kitaba, qəzetə, bir sözlə, bilik mənbələrinə hörmət olmalıdır. Mənim atam özü hüquq elmləri doktoru, professordu. Amma heç vaxt mənə deməyib ki, filan kitabı oxu, filan işi gör, araq içmə, siqaret çəkmə. Sadəcə olaraq, evimizdə yaranmış bu milli-mənəvi mühit mənim daha kamil bir gənc kimi yetişməyimə və formalaşmağıma böyük kömək göstərib. Evimizdə çox zəngin kitabxanamız var. Hardasa  5 mindən çox kitab olar, onların hamısını bir-bir oxumuşam və bu qənaətə gəlmişəm ki, insanın kaiml şəxsiyyət  kimi yetişməsində, millətini və xalqını sevməsində, hətta onun yolunda ölümə getməsində bu ədəbiyyatın, bu kitabların çox böyük dəyəri var.

Mən bir gənc olaraq həmin kitabları oxuyandan sonra özümü daha güclü, daha müdrik və daha vətənpərvər hiss etdim. Hiss etdim ki, bizim gəncliyin üzərinə çox ağır yük düşür və biz bu yükü şərəflə daşımalı, Vətənimizi, xalqımızı qorumalı, bu yolda mücadilə aparmalıyıq. 

Dəfələrlə biz gənclərin yaşlı nəsil tərəfindən qınanıldığını görmüşəm, Hətta  mənim özümə də deyiblər ki, nə olsun ki, universitet tələbəsisən, amma çox aciz və zəif insansan. Bunun bizim ailəni və məni tanımayan adamlar deyiblər. Sözün düzü, bu söz də həmişə mənə pis təsir edib. Bir el deyimi var ey, «qurunun oduna yaş da yanır».  Hardasa bir gənc nəsə səhv edirsə, bir tərbiyəsiz hərəkətə yol verirsə və eyni zamanda ictimai yerdə özünü yaxşı aparmırsa, bunu bütün gəncliyin adına yazmaq olmaz və yazılırsa çox ədalətsizlikdir. Ona görə də yaşlı nəsillə bizim düşüncələrimiz çox vaxt bir-birini tamamlamır və əks qütbdə dayanır.

Mənim  qardaşım İkinci Qarabağ savaşında, yəni 44 günlük döyüşdə qəhrəmancasına vuruşub və Şuşa uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Biz belə bir tərbiyə almışıq və mənim özüm də həmin dövrdə döyüşə getmək üçün Səfərbərlik idarəsinə   müraciət etmişdim. Məni qeydiyyata aldılar, «gözlə» dedilər. Ata-anam da bu hərəkətimə görə məni qınamadılar, əksinə, alqışladılar. Dedilər ki, sən döyüşə getsən, qardaşının da ruhu şad olar. Amma  mənə növbə çatmadı. Baxmayaraq ki, növbə çatmadı hər an, hər dəqiqə böyük döyüşə hazır idim. Möhtəşəm  qələbəmiz və tarixdə görünməyən qeyri-adi bir 44 günlük müharibə bizim hər birimizdə daha güclü xarakteri üzə çıxardı. Bu xarakter olan yerdə biz gənclər heç nədən və heç kimdən, daha doğrusu,  heç bir düşməndən çəkinən deyilik. 

Həmin gəncin mənimlə olan söhbəti yaddaşıma əbədi həkk olundu. Düşündüm ki, nə yaxşı bizim belə mərd, qorxmaz, qəhrəman gənclərimiz var və həmin  gənclər on minlərlədir. 

Bəli, düz eşitdiniz bu rəqəm – on minlərlədi. Həmin gəncləri olan xalq və millət sözün həqiqi mənasında xoşbəxtdir. Bu gün tək Azərbaycanın döyüşən oğulları Vətəni qorumurlar, həm də vətəni bax, belə on minlərlə gənc qorumağa hazırdır.
Bu gün sevindirici haldır ki, Azərbaycan gəncliyi bayrağımızı və dövlətimizin himnini dünyanın ən mötəbər yarışlarında qaldırmağa və səsləndirməyə nail olublar. İdmançılarımız elə bir idman növü yoxdur ki, həmin sahədə möhtəşəm qələbələr qazanmasın. Gənc idmançılarımız Avropa və Dünya çempionatlarında, eləcə də Olimpiadalarda çox möhtəşəm qələbələr qazanaraq böyük uğurlara  imza atıblar. Eyni zamanda elm, mədəniyyət və siyasət sahəsində də gənclərimiz bir-birindən böyük uğurlar, qələbələr əldə ediblər. 

Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər idman yarışlarından gəlir. Onlar böyük uğurlara imza ataraq vətənimizə qızıl, gümüş, bürünc medallarla dönürlər. Deməli, Azərbaycan gəncliyi öz milli adət-ənənələrinə və tarixi keçmişlərinə sadiq qalaraq yeni möhtəşəm bir tarix yazırlar. Bu tarixin adı Müstəqil Azərbaycan və Böyük Qələbələrdir!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Avqust 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri