Icma.az
close
up
RU
Gənclər “Yaşıl gələcəyə könül verir”

Gənclər “Yaşıl gələcəyə könül verir”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman, Elm və Təhsil, Səhiyyə nazirlikləri və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib. Öncə könüllülər tərəfindən  musiqi nömrələri və süni intellekt vasitəsi ilə hazırlanmış şəkillərdən ibarət sərgi nümayiş etdirilib. Pantomima teatrının aktyorlarının ətraf mühitin qorunması ilə bağlı mesajları özündə əks etdirən tamaşası izlənilib. Könüllülərin fəaliyyətindən bəhs edən və COP29-la bağlı təəssüratlarından ibarət video çarxlar nümayiş olunub.  

Çıxışında COP29-a ölkəmizin uğurlu ev sahibliyi etməsinə diqqət çəkən AQUPDK-nin sədri Bahar Muradova Azərbaycanın yaşıl dünya naminə həyata keçirilən fəaliyyət çərçivəsində özünəməxsus təcrübəsinin olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Tərəflər Konfransının üzvü kimi ekoloji proseslərə öz töhfəsini verməklə yanaşı, həm də milli töhfələri vahid bir məcraya yönəltməkdə və hər kəsi əhatə edəcək fəaliyyət planlarını icra etməkdə öncüllük etməyə davam edəcək. Könüllü gənclərin COP29 fəaliyyətinə böyük həvəslə qatıldıqlarını vurğulayan sədr, onların bu prosesə töhfə verməyə çalışdıqlarını deyib. 

Komitə tərəfindən artıq bir neçə ildir ki, “Ailəm könüllüləri” layihəsinin həyata keçirildiyini bildirən sədr, könüllü proqramlarının əldə edilən bütün nailiyyətlərin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib. Bu proqramların davamlılığının təmin olunması üçün əlaqədar qurumlarla birgə fəaliyyət birliyinin yaradılmasının əhəmiyyətini vurğulayan B.Muradova bu təşəbbüsün  Azərbaycanın insan kapitalı və onun inkişafının təmin edilməsinə yönəldiyini deyib. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təbiətin mühafizəsi, flora və faunanın, eləcə də biomüxtəlifliyin qorunması, sağlam qidalanmanın təmin edilməsi, sudan qənaətlə və səmərəli istifadənin önəmini vurğulayıb. O, inkişaf etmiş ölkələrdə texnologiyanın və sənayenin yüksək inkişafının fəsadları haqqında məlumat verib. Müəllimlər üçün yaşıl gələcək, ekoloji tarazılıq mövzularını özündə əks etdirən xüsusi metodiki tədris vəsaitlərinin hazırlandığını və tədris ilinin ilk dərsinin məhz yaşıl dünya naminə həmrəylik ilinə həsr edildiyini diqqətə çatdırıb. 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva COP29 konfransı çərçivəsində gənclərin aktiv fəaliyyətini, xüsusilə vurğulayaraq, onların keçirilən tədbirlərə verdiyi mühüm töhfələri qeyd edib. Bildirib ki, biz gələcəyimizi daha optimist və uğurlu görmək üçün təbiəti, suyu, ekoloji tarazılığı qorumalıyıq.  İnsan fəaliyyəti daha çox elmə və biliyə əsaslanmalıdr. Səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışıb. Qeyd edib ki, iqlim dəyişikliyinin dolayı yolla su və qida ehtiyatlarının, sanitariya imkanlarının azalmasına və nəticədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. O, könüllü gənclərin maarifləndirmə işində və ümumi məlumatlılıq səviyyəsinin artırılmasında mühüm rol oynaya biləcəklərini vurğulayıb. Milli Məclisin deputatı, COP29 iqlim çempionu Nigar Arpadarai Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənə halını aldığını vurğulayaraq, ildən-ilə könüllülərin təşkilatçılığa daha çox cəlb olunduğunu, kommunikasiya bacarıqları ilə daha peşəkar yanaşmalarının müşahidə edildiyini deyib. COP29-qəbul elanından sonra 16 min gəncin qediyyatdan keçdiyini, 3 min gəncin isə iştiraka cəlb edildiyini diqqətə çatdırıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev toplantılarda könüllülərin təkcə izləyici kimi deyil, iştirakçı qismində çıxış etməsini yüksək qiymətləndirib. COP29 dövründə əvəzsiz və aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkür edib. 

Sonda könüllülərin dövlət rəsmilərinə ünvanladığı suallar cavablandırılıb. Görüşü təşkil edən qurumların könüllü təşkilatlarının ətraf mühitin mühafizəsinə dair əməkdaşlıq razılaşması səsləndirilib. 

Zərifə BƏŞİRQIZI 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri