Icma.az
close
up
RU
Gənclərdə baş ağrılarının artmasının əsas səbəbləri nədir? HƏKİM AÇIQLADI

Gənclərdə baş ağrılarının artmasının əsas səbəbləri nədir? HƏKİM AÇIQLADI

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə gənc yaşlarda baş ağrılarının daha tez-tez müşahidə olunması diqqətçəkən tendensiyaya çevrilib.

Bəzən isə bu ağrılar daha ciddi sağlamlıq problemlərinin ilkin göstəricisi ola bilər. Vaxtında düzgün diaqnoz və profilaktik tədbirlər gənclərin həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Bəs, gənclərdə baş ağrısının ən çox rast gəlinən səbəbləri hansılardır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan həkim-terapevt Günay Lətifova bildirib ki, stres, iş gərginliyi, maddi vəziyyət, sağlam qidalanmama və s. bir çox məsələlər buna təsir edən amillər sırasındadır:

“Bu gün, təəssüf ki, necə ki, ölüm halları artıq yaş tanımır, eyni hal baş ağrılarında da müşahidə olunur — bu problemlər getdikcə artır. Amma məsələyə diqqətlə baxsaq, baş ağrılarının əsas səbəbi ilk növbədə yuxu rejiminin pozulmasıdır.

Axşam saatlarında ifraz olunan hormonlar insan sağlamlığı üçün son dərəcə vacibdir. Bunlar somatotropin və melatonin hormonlarıdır. Onlar yalnız gecə vaxtı ifraz olunur, buna görə də yuxu rejimi mütləq şəkildə təmin edilməlidir — gecə yuxusu 8 saatdan az olmamalıdır.

Söhbət səhərə yaxın yatıb günortaya qədər yatmaqdan getmir. Söhbət məhz gecə vaxtı, fasiləsiz 6–8 saatlıq yuxudan gedir. Çünki bu zaman orqanizmdə hormonların düzgün ifrazı təmin olunur. Əks halda hormonal disbalans yaranır və bu da müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır.

Bunun nəticəsində baş ağrıları, təzyiq pozğunluqları, gənclərdə şəkərli diabet, qanda laxtalanma və digər problemlər müşahidə olunur. Yəni yuxusuzluq və stres bu halların başlıca səbəbləridir.

İkinci mühüm amil isə qeyri-sağlam qidalanmadır. Təəssüf ki, bu gün fast food məhsullarının həddindən artıq istehlakı mədə-bağırsaq sistemində problemlər yaradır, bu da dolayısı ilə sinir sisteminə təsir göstərərək baş ağrılarına səbəb olur”.

Həkimin sözlərinə görə, dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir.

“Əgər dərman preparatı qəbul ediləcəksə, bu, mütləq şəkildə həkim nəzarəti altında olmalıdır. Baş ağrısı bir çox xəstəliyin əlaməti ola bilər. Bildiyiniz kimi, sinir sistemi zədələndikdə, baş ağrısı çox vaxt simptomatik bir vəziyyət kimi özünü göstərir.

Ona görə də əgər bir şəxsdə baş ağrıları uzun müddət davam edirsə, mütləq şəkildə həkimə müraciət olunmalıdır.

Profilaktik tədbirlər isə, dediyim kimi, yuxu rejiminin qorunması, stresin azaldılması və sağlam qidalanmadır. Bu amillərə diqqət yetirmək, sağlamlığın qorunması üçün əsas profilaktik tədbirlərdən hesab olunur” – deyə Günay Lətifova fikirlərini yekunlaşdırıb.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri