Icma.az
close
up
RU
Gənclərə sağlam həyat bəxş edək

Gənclərə sağlam həyat bəxş edək

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa keçirilib.

Mərasimdə dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında dəyirmi masanın əhəmiyyətini vurğulayaraq bildirib ki, qadağan olunmuş maddələrlə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi mövcud çağırışlar fonunda xüsusi önəm daşıyır. Tədbirin Dövlət Proqramı çərçivəsində keçirilməsi dövlət qurumları, hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlar arasında koordinasiya və məlumat mübadiləsinin daha da gücləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Antidopinq sahəsində səmərəli əməkdaşlıq idmanda ədalət prinsipinin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasında mühüm rol oynayır.

Daha sonra çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə dəyirmi masanın ölkəmizdə antidopinq sisteminin dayanıqlılığının və effektivliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib. Vurğulayıb ki, Dövlət Proqramından irəli gələn məsələlər dövlət qurumları, hüquq-mühafizə orqanları və beynəlxalq antidopinq təsisatları arasında əməkdaşlığın yeni mərhələyə daşınması baxımından böyük əhəmiyyət kəsb edir. AMADA məlumat və təhqiqat mübadiləsinin genişləndirilməsi, risklərin proaktiv idarə edilməsi, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da  davam etdirəcək.

Dəyirmi masanın növbəti hissəsində WADA-nın Təhqiqat şöbəsinin rəhbəri Mathieu Holz, Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer, Polşa Antidopinq Agentliyinin direktor müavini Hubert Dziudzik, “Sportradar”ın Risk və təhqiqatlar şöbəsinin baş meneceri Niall Murphy və digərləri çıxış edərək ali antidopinq qurumunun yerli hüquq-mühafizə orqanları və hökumətlərlə əməkdaşlıq mexanizmləri, mövcud beynəlxalq təcrübələr, təhqiqat və məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Müzakirələr zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, gənclərin zərərli təsirlərdən qorunması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin önəmi və beynəlxalq antidopinq təhsil mərkəzinin yaradılması kimi mövzulara xüsusi önəm verilib. 

Tədbirin sonunda antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmanın təşviqi, gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, AMADA-nın aidiyyəti dövlət qurumları ilə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri