Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Mançester Yunayted”in sabiq hücumçusu Entoni Marsyal Fransa Liqa 1-dən aldığı iki təklifi rədd edib.
QOL.az xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, 30 yaşlı futbolçuya adı açıqlanmayan iki klub maraq göstərib. Onlardan biri çempionluq uğrunda mübarizə aparır, digəri isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.
Hər iki klubun idman direktorları Marsyala əsas heyətdə yerinin təmin olunacağına zəmanət verməyib. Onlar futbolçunun beynəlxalq təcrübəsindən və yüksək səviyyəli hazırlığından gənc oyunçuların inkişafında yararlanmaq istəyiblər.
Bu səbəbdən Marsyal təklifləri qəbul etməyib. O, hazırda fərdi məşqlərini davam etdirir və klubsuzdur.
Qeyd edək ki, Marsyalın karyerasında sonuncu klub Meksikanın “Monterrey” komandası olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Sentyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















