Icma.az
close
up
RU
Gəncləri belə ölümə aparan SKLEROZ

Gəncləri belə ölümə aparan SKLEROZ

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çoxunun əziyyət çəkdiyi, bəlkə də mövcudluğundan xəbərsiz olduğu skleroz mərkəzi sinir sisteminə təsir edən, bir çox problemlərə səbəb olan xroniki autoimmun xəstəlikdir. Skleroz adətən irəli yaşlarda özünü göstərməsinə və daha çox qocalıq xəstəliyi kimi tanınmasına baxmayaraq son dövrlərdə bu xəstəlik cavanlaşıb. Xüsusilə 20-40 yaş arası insanlarda özünü göstərir.

Əsas əlamətləri – görmə pozuqluğu (bulanıq görmə, ikili görmə); bədən üzvlərində keyimə, zəiflik; tarazlıq və koordinasiya pozuntuları; yorğunluq; yaddaş problemləridir. Çoxu bu əlamətləri gündəlik iş rejiminin ağırlığı, lazımsız informasiya bolluğu, böyük şəhərlərin yükü, psixoloji gərginlik kimi dəyərləndirir. Ona görə də xəstəliyin yalnız ağırlaşandan sonra fərqinə varırlar.

Gənclərdə sklerozun yaranmasının dəqiq səbəbi tam bilinməsə də, bir neçə əsas faktor buna təsir edə bilər:

1. Genetik meyllilik,

2. Autoimmun səbəblər,

3.Virus infeksiyaları,

4. Stress və psixoloji faktorlar

5. Siqaret və zərərli vərdişlər

6. D vitamini çatışmazlığı.

Bax bu sonuncu səbəb daha diqqətçəkəndir. Azərbaycan yerləşdiyi coğrafi mövqeyə görə D vitaminin əsas deposu olan Günəş işığı ilə boldur. Daha çox şimal ölkələrində yaşayanlarda rast gəlinməli halda ölkədə D vitamini əskikliyindən əziyyət çəkən kifayət qədər gənclər var.

Gənclər günəşdən qorxurlar

Həkim-nevroloq Zahid Həsənovun Bizim.Media-ya verdiyi məlumata görə, Azərbaycan gənclərində D vitamini çatışmazlığı bir neçə əsas səbəbdən qaynaqlanır.

“Bu günün gəncləri qapalı məkanları daha çox sevir. Hamısı əllərində smartfon sərin evdə oturub sosial şəbəkələrdə vaxt keçirir, film izləyirlər. İşləyən gənclər də kondisionerli məkanlara qapanıblar. Taksini ya avtobusu düz qapının ağzında istəyirlər. Halbuki yayın bol günəşindən həzz almaq, bədəni günəş işığına doyurmaq varkən, D vitamini çox vaxt qida əlavəsi kimi qəbul etməyə üstünlük verirlər. Bunu da çoxları nəzarətsiz, kör-təbii etdiyindən müsbət nəticə vermir. D vitamini ilə zəngin olan balıq, taxıl bitkiləri, yumurta və başqa qidalardan çox fastfood yeməklərinə üstünlük verirlər.”.

Həkim həmçinin diqqətə çatdırıb ki, D vitamini dəridə günəşin ultrabənövşəyi şüaları vasitəsilə sintez olunur. Amma insanların çoxu, xüsusən də gənc qadınlar  yayda belə günəşdən qorunmaq üçün uzunqollu geyimlər, günəşdən qoruyucu kremlər istifadə edirlər.

“Bu kremlər bəlkə də dərinin daha yaxşı qalmasına fayda verir, amma insan orqanizmi üçün vacib olan ultrabənövşəyi şüaların qarşısını alır. Bu günün gəncləri dənizə, təbiət qoynuna getməyi sevmirlər, günəşdən qorxurlar. Açıq havada kifayət qədər vaxt keçirmirlər. Az fiziki aktivlik günəşlə təmas imkanlarını azaldır. Şəhər yerlərində isə onsuz da havanın çirkliliyi günəş şüalarının dəriyə çatmasını azaldır”.

Z.Həsənov onu da bildirib ki, D vitamini çatışmazlığına sağlamlıq problemləri də səbəb ola bilər. Xroniki xəstəliklərdən əziyyət çəkən, eləcə də qaraciyər, böyrək xəstəlikləri və bəzi bağırsaq problemləri olanların orqanizmi D vitamininin mənimsənilməsini çətinləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri