Icma.az
close
up
RU
Gənclərin DİQQƏTİNƏ Bu ixtisasları seçənlərin çoxu peşman olur

Gənclərin DİQQƏTİNƏ Bu ixtisasları seçənlərin çoxu peşman olur

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda informasiya texnologiyalarının sürətli inkişafı bir çox sahələrə birbaşa təsir göstərir. Süni intellekt, rəqəmsallaşma və kiber təhlükəsizlik kimi istiqamətlər genişlənir və nəticədə əmək bazarında bu sahələr üzrə mütəxəssislərə tələbat artır”. 
Bunu Demokrat.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
O qeyd edib ki, İKT-yə yönəlmiş ixtisaslar bu gün daha perspektivli hesab olunur:
“Ona görə ki, peşəkar kadrlara ehtiyac böyükdür və məzunların iş tapmaq imkanları daha genişdir. Texniki peşələr — avtomatika, elektrik və mexanika kimi sahələr də əmək bazarında yüksək tələbat görən istiqamətlərdəndir. Lakin bəzi ixtisaslar var ki, bazarın dar olması və mövcud iş yerlərinin kifayət etməməsi səbəbindən məzunlar üçün iş tapmaq çətinləşir. Məsələn, turizm sahəsi pandemiyadan sonra xeyli zəifləyib və bu sahədə iş imkanları əvvəlki qədər geniş deyil. Kitabxanaçılıq və informasiya üzrə kadr hazırlığı olsa da, reallıqda iş yerləri məhduddur. Sosial iş, dizayn kimi sahələrdə isə rəqabət çox olduğu üçün məzunlar arasında seçilmək daha böyük səy tələb edir. Hidrometeorologiya və maşın mühəndisliyinin bəzi alt istiqamətlərində də oxşar vəziyyət müşahidə olunur”.
Mütəxəssis bildirib ki, gənclər üçün daha perspektivli hesab olunan sahələr də mövcuddur:
“İnformasiya təhlükəsizliyi, kompüter elmləri, proqram təminatı mühəndisliyi, süni intellekt, sistem mühəndisliyi və kiber təhlükəsizlik üzrə mütəxəssislərə tələbat getdikcə artır. Eyni zamanda kimya, nəqliyyat və neft-qaz mühəndisliyi, eləcə də maliyyə və menecment sahələri də gələcək üçün geniş imkanlar vəd edir. Tibb sahəsi, xüsusən stomatologiya kimi ixtisaslar həm yüksək peşəkarlıq tələb edir, həm də əmək bazarında daha stabil yer tutur. İxtisas seçən gənclər yalnız şəxsi maraqlarını deyil, bu sahələrin real iş bazarı ilə uyğunluğunu da nəzərə almalıdırlar. Belə yanaşma gələcək karyera üçün daha təhlükəsiz və dayanıqlı yol açır”.
Leyla Turan
Demorat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri