Icma.az
close
up
RU
Gənclərin işsizlik problemi: Çözüm nədir?

Gənclərin işsizlik problemi: Çözüm nədir?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Müasir dünyanın ən ciddi problemlərindən biri də işsizlik, xüsusilə də gənclərin iş tapa bilməməsidir. Azərbaycanda da regionlarda yaşayan insanlar işsizlik problemindən paytaxt Bakıya üz tuturlar.

Bəs ölkəmizdə işsizlik problemini necə həll etmək olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hər il ölkədə əmək bazarına təxminən 100 min nəfər ətrafında əmək qabiliyyətli işçi qüvvəsi daxil olur. Bunların içərisində ali təhsilli, orta təhsilli, hətta təhsili olmayanlar da var və böyük bir hissəsi də regionların payına düşür. Ona görə də, məşğulluq problemi daha çox regionlardadır. Ölkə iqtisadiyyatının əsas potensiallı işlək hissəsi paytaxtda yerləşdiyinə görə insanlar öz problemlərini həll etmək üçün şəhərə üz tutmalı olurlar.

Müsahibimiz qeyd edib ki, şəhərlərdə, xüsusən də paytaxtda iqtisadiyyatın bütün sahələri - tikinti, xidmət sektoru daha geniş təşəkkül tapdığından, iş tapmaq daha asandır. Bu səbəbdən də regionlardan axın halı çoxdur.

"Məşğulluq probleminin həllini tapmaq üçün, öncəliklə, regionlarda hər sahə üzrə yeni iş yerlərinin açılmasına daha çox önəm verməliyik. Bölgələrdə aqrar sektorun inkşafına da xüsusi diqqət artırılmalıdır. Bu mövzu dövlət proqramında yer alır və həlli üçün çalışılır. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın ayrı-ayrı sektorlarına sərmayələr yatırılır. Lakin regionların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif layihə və proqramlar həyata keçirilsə də,  bir çox bölgələrdə işsizlik problemi hələ də öz həllini tapmayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, paytaxt Bakı ilə müqayisədə bölgələrdə işsizlik yüksək səviyyədədir.",- deyə P.Heydərov qeyd edib.

Pərviz Heydərov: Regionlarda hər sahə üzrə yeni iş yerlərinin açılmasına daha çox önəm verməliyik

Ekspert hesab edir ki, regionlarda işsizlik məsələsinin həlli bir çox problemlərin də aradan qalxmasına nisbətən təsir edəcək:

"Paytaxtda regionlardan gələn insanlar çoxluq təşkil edir. Bu da təbii ki, Bakıda tıxacın artmasına, mənzillərin bahalaşmasına şərait yaradır. Yaşam şəraiti hər kəsin öz yurdunda, evində qalmağına əl versə, güman edirəm ki, paytaxtın tıxac problemi də nisbətən aradan qalxar".

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri