Icma.az
close
up
RU
Gənclərin kənddə qalması üçün hansı addımlar atılır? DEPUTAT ŞƏRH ETDİ

Gənclərin kənddə qalması üçün hansı addımlar atılır? DEPUTAT ŞƏRH ETDİ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Son illər kəndlərdə əhali strukturu getdikcə dəyişir, gənclər isə daha çox şəhərlərə üz tutur. Bu tendensiya kəndlərin iqtisadi inkişafına mənfi təsir göstərir və yerli icmaların gələcəyini təhlükəyə atır.

Kəndlərdə gənclərin qalmasını və cəmiyyətə aktiv şəkildə qoşulmasını təmin etmək üçün iş imkanlarının genişləndirilməsi, təhsil və sosial infrastrukturun inkişaf etdirilməsi əsas amillərdəndir.

Bəs, konkret olaraq hansı addımlar bu məqsədə xidmət edə bilər?

Gununsesi.info  -ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzunu belə şərh edib:

“Urbanizasiya prosesi bu gün bütün dünyada aktualdır və ciddi şəkildə gündəmdədir. Təəssüf ki, bu problem getdikcə daha aydın və qabarıq şəkildə özünü göstərir. Dünyanın bir çox ölkələrində bu məsələ mövcuddur və təbii ki, Azərbaycan da istisna deyil; biz də bu problemləri yaşayır və gündəlik həyatımızda hiss edirik.

Bu baxımdan, urbanizasiyanın qarşısının necə alına biləcəyi, hansı addımların atılmalı olduğu və hansı tədbirlərin görülməsi məsələsi böyük əhəmiyyət kəsb edir. Bu problem yalnız Azərbaycanı deyil, bütün dünyanı düşündürür.

Ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülür. Müxtəlif bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilir, yeni obyektlər açılır, iş yerləri yaradılır və digər təşəbbüslər reallaşdırılır”.

Deputat qeyd edib ki, urbanizasiya prosesini tamamilə dayandırmaq mümkün deyi.

“Məqsəd onun sürətini tənzimləmək və nəzarət altında saxlamaqdır. Bunun üçün ciddi araşdırmalar aparmaq, bölgələrdə yeni iş yerləri yaratmaq, gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün layihələr həyata keçirmək vacibdir. Dövlətimiz də bu istiqamətdə bir sıra layihələr icra edir.

Xüsusilə, asudə vaxtın təşkili, iş imkanlarının yaradılması, kitabxanalar, klublar və əyləncə imkanlarının təmin olunması önəmlidir”

Ceyhun Məmmədov hesab edir ki, bu tədbirlər urbanizasiya probleminin daha da dərinləşməsinin qarşısını almağa və gələcəkdə daha çox çətinliklərlə üzləşməməyə kömək edəcək.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri