Icma.az
close
up
RU
Gənclərin ötənilki uğur sevincləri

Gənclərin ötənilki uğur sevincləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İllərin dəyişməsi təkcə təqvim hadisəsi deyil, eyni zamanda, arzu və əməllərin reallaşmasına baxış, hesabat və hədəflərin müəyyənləşdirilməsi vaxtıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar ötən ili qiymətləndirir, növbəti il üçün planlar cızırlar. 
Artıq tarixə çevrilmiş 2024-cü ildə həm qlobal miqyasda, həm də yerli səviyyədə bir çox mühüm hadisələrə və dəyişikliklərə şahid olduq. Daha çox texnologiyanın həyatımızda oynadığı rol artdı, gənclərimiz bu istiqamətdə uğur əldə etdilər. Biz də ötən il ölkə və dünya miqyasında uğur qazanmış bir neçə gənclə söhbət etməyi qərara aldıq. 
Əvvəlcə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya texnologiyaları kafedrasının 27 yaşlı müəllimi Nihad Əlilidən qısa müsahibə aldıq. O bildirdi ki, ötən il xeyli uğurlar əldə edib və bunlardan 2-si barədə söz açdı:
– “BHOSWARE” (“Proqram təminatı”) komandasının elmi rəhbəri kimi, Türkiyədə keçirilmiş “TEKNOFEST–2024”də 1-ci yeri qazanaraq 150 min lirə pul mükafatı (təxminən 7215 manat) əldə etdik. Bizi Adana şəhərində Prezident Rəcəb Tayyib Ərdoğan mükafatlandırdı. Seçim mərhələsində 200-dən çox komandadan 10-u uğur qazandı. Ölkəmizi və BANM-i ən gözəl formada təmsil etdik. Qısa müddətdə hazırlaşmağımıza baxmayaraq, rəqibləri üstələyib 1-ci olduq. Hazırlığımızın çox hissəsi yay tətilinə təsadüf etdiyi üçün bir sıra çətinliyimiz var idi. İkinci beynəlxalq uğurumuz BANM-ın mentoru olduğum “Evergreen” (“Həmişəyaşıl”) komandasının Finlandiyada keçirilən 
“Junction 2024” (“Keçid 2024”) hakatonunda qalib gəlməsi oldu. Bununla ölkəmiz  Finlandiyada ilk dəfə təmsil olunduğu yarışda tarix yazdı. Nəticədə, 1500 avroluq mükafata sahib olduq.
Keçən il Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr məzunu, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva üçün də uğurlu olub. Gülnarə xanım dedi: 
– Sevincimin həddi-hüdudu yoxdur. Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə qəbul olunduğum İngiltərənin “Warwick Business School” universitetinin magistr pilləsini uğurla başa vurdum. İlk növbədə, qəhrəman atamın ruhunu şad etməyimdən məmnunam. Həyatda ilk böyük qələbəm qarşımda yeni üfüqlər açır. Hazırda dövlət qulluğundayam, kariyeramı inkişaf etdirəcəyəm. 
2024-cü il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1-ci kurs tələbəsi Kənan Fərzəlili üçün də uğurlu olub. Onun dedikləri:
– Universitetin Rəqəmsal iqtisadiyyat fakültəsində “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alıram. Beynəlxalq NASA təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə etmişəm. Buna görə NASA mənə təşəkkür məktubu göndərib. Adımı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd – Hall of fame” (“İzdihamlı şöhrət zalı”) siyahısına daxil ediblər. Bunu ixtisasım üzrə ilk uğurum hesab edirəm. Əminəm ki, informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığım bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişəcəyəm.
Azərbaycana şöhrət gətirən gənclərimizə bu il də uğur qazanmağı, yeni zirvələrə ucalmağı arzulayırıq.

Rizvan FİKRƏTOĞLU
 XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri