Icma.az
close
up
RU
Gender bərabərliyinə həsr olunan konfrans keçirilir

Gender bərabərliyinə həsr olunan konfrans keçirilir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Azərbaycanda sosial ədalət və gender bərabərliyinə nail olma yolları: Nailiyyətlər və gələcək perspektivlər” adlı konfrans keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfransda hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların uğurlarını, layiqli əməyin təminatının ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda qadınların əmək bazarında iştirakının ildən-ilə artdığını, həmçinin onların məşğulluq imkanlarının genişləndirilməsi, daha yüksək əməkhaqqı ödənilən sahələrdə fəaliyyətinin dəstəklənməsi üçün son illər aparılmış qanunvericilik islahatlarını qeyd edib. Bildirib ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklikləri ehtiva edən yeni qanun layihəsində də “ailə vəzifələri olan işçi”, “distant (məsafədən) iş” anlayışları, hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı yeni hüquqlar nəzərdə tutulub.

Nazir müavini iş yerində ayrı-seçkiliyin yolverilməzliyinin təmin edilməsi üçün növbəti addımlar kimi hazırlanan bir sıra qanunvericilik layihələrini, son illər əmək münasibətlərinin rəqəmsallaşdırılmasının əmək bazarının daha şəffaf, çevik və səmərəli şəkildə tənzimlənməsinə zəmin yaratdığını diqqətə çatdırıb. Keçirilən konfransda aparılacaq müzakirələrin qadınların əmək bazarındakı potensialından daha səmərəli istifadə ilə bağlı yeni təşəbbüslərin və innovativ yanaşmaların formalaşmasına töhfə verəcəyinə əminliyini bildirib.

Konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti İlyas Əliyev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva, Milli Məclisin deputatı, COP29-un BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Ziba Mustafayevanın və başqalarının çıxışları, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andreesin videomüraciəti dinlənilib.

İki gün davam edəcək konfransda “Gender bərabərliyi üçün ədalətli və yaşıl keçidlərdən istifadə”, “Bərabər dəyərə malik iş üçün bərabər əməkhaqqının əldə edilməsi”, “Hazırda və növbəti illərdə gender bərabərliyinə nail olunması: Özəl sektorun rolu”, “Gender bərabərliyin təmin edilməsi üçün sosial dialoq və uyğunluq” və digər mövzularda panel müzakirələrin aparılması nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri