Icma.az
close
up
RU
Genderəsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlanılır

Genderəsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlanılır

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

BMT-nin Əhali Fondu (UNFPA) Azərbaycanda genderəsaslı zorakılığa qarşı mübarizəyə töhfə vermək məqsədilə 16 günlük fəallıq kampaniyasına başlayır.

“Qafqazinfo” xəbər verir ki, kampaniya Yaponiyanın “Takeda Pharmaceuticals Company Limited” əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə UNFPA tərəfindən həyata keçirilən “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində reallaşacaq.

Qeyd edək ki, “Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” şüarı altında 16 günlük fəallıq kampaniyasının builki hədəfi texnologiya vasitəsilə törədilən genderəsaslı zorakılıqla mübarizədir.

Bu növ zorakılıq qadınlara qarşı təhqir, təqib, şantaj və şəxsi məlumatların icazəsiz paylaşılması kimi müxtəlif formalarda özünü göstərə bilər.

Sosial media, mesajlaşma platformaları və digər rəqəmsal vasitələrdən istifadə zamanı bu cür zorakılıqla qarşılaşma halları daha çox ola bilər.

Kampaniyanın məqsədi ictimai məlumatlılığı artırmaqla qadınlara və qızlara qarşı zorakılığa diqqət çəkmək, texnologiyaların onlara qarşı zorakılıq vasitəsi kimi istifadə olunmasının qarşısını almaq, qadın və qızları texnologiyalardan təhlükəsiz istifadə qaydaları haqda məlumatlandırmaqla, texnologiyadan istifadə vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmləri ilə təmin etməkdir.

Layihə çərçivəsində müxtəlif kommunikasiya kanalları vasitəsilə gender bərabərliyi, qadınların hüquqları və zorakılığa qarşı müdafiə yollarını vurğulayan materiallar yayımlanacaq.

Bununla yanaşı, Bakı şəhərində, həmçinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində genişmiqyaslı məlumatlandırma sessiyaları təşkil olunacaq.

Məktəblərdə və icmalarda keçiriləcək məlumatlandırma sessiyaları vasitəsilə 1800-dən çox insana qadınlara qarşı müxtəlif texnologiyalardan istifadə vasitəsilə törədilən zorakılıq halları və buna qarşı mövcud müdafiə mexanizmləri barədə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see122

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see115

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see110

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri