General bu vəzifəyə gətirilə bilər FOTO
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə ştat olaraq təsdiqlənməsi ehtimal edilən şəxsin adı bəlli olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu şəxs general-mayor Azər Heybətlidir.
Məlumata görə, o hazırda sözügedən Baş İdarənin rəisi vəzifəsini müvəqqəti icra edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov aprel ayında vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Azər Heybətli Azərbaycan Ordusunun rəhbər heyətində təmsil olunan zabitlərdəndir. O, hərbi xidmətinin müxtəlif mərhələlərində taqım komandiri, bölük komandiri və digər komanda vəzifələrində çalışıb. Azər Heybətli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib. Hazırda isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edir.
Ordunun kadr və şəxsi heyət siyasətinin idarə olunmasında əsas fiqurlardan biri hesab olunan Azər Heybətli bundan sonra general korpusunda təmsil olunacaq.
Murad İsmayıl
Baxış sayı:186
Bu xəbər 27 İyun 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















