Icma.az
close
up
RU
General idmançıya 100 minlik nömrə bağışlayıb Açıqlama + VİDEO

General idmançıya 100 minlik nömrə bağışlayıb Açıqlama + VİDEO

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə 11-HA-111 avtomobil nömrəsi hədiyyə edib.

Veteran pəhləvan Teleqraf-a müsahibəsində deyib ki, həmin dövlət nömrə nişanı hazırda idarə etdiyi nəqliyyat vasitəsinin üzərindədir.

H.Əliyev bazar dəyəri təxminən 100 000 manat olan avtomobil nömrəsinin ona hədiyyə edilməsinin tarixçəsindən danışıb: "İdmançılar, ümumiyyətlə, bütün məşhurlar və qeyri-məşhurlar, bir sözlə, hamı istəyər ki, maşınının gözəl nömrəsi olsun. Bakı-2015 I Avropa Oyunlarından sonra bir neçə idmançımız bu nömrə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdi. Bir çoxlarına da belə nömrələr hədiyyə olunmuşdu. Amma özüm getməmişdim. Düşünürdüm ki, yəqin, nə vaxtsa mənə də hədiyyə olunar. Elə alındı ki, bir neçə il öncə cənab general Ramiz Zeynalovun qəbulunda oldum, məni gözəl qarşıladı. Gözəl də dialoqumuz oldu. Düşünmürdüm ki, mənim haqqımda belə məlumatlı, idmana bu qədər həvəsli olsun. Biz orada bir saata yaxın yalnız idmandan danışdıq. Gördüm ki, Ramiz müəllim idmana həvəsli, məlumatlıdır. Bu gün elə vəzifəli şəxslər var ki, idman ona maraqlı deyil, həmin insanların tam fərqli düşüncəsi var. Amma Ramiz müəllimin idmanla yaxından maraqlanması məni sevindirdi. Orada bir epizod oldu: 2018-ci ildə Rusiyanın Mahaçqala şəhərində Avropa çempionu olduğum görüşdə 2:7 hesabı ilə geridə olduğum halda, nəticəni öz xeyrimə dəyişmişdim. Ramiz müəllim həmin görüşdən də danışdı. Gördüm ki, doğrudan da idmana nə dərəcədə həvəslidir".

Məşhur idmançı Beyləqan seriyalı nömrəni seçmə səbəbini də açıqlayıb: "Bu nömrə Beyləqan rayon seriyalı olsa da, özüm 1 rəqəmini xoşlayıram. Çox adam məni görəndə soruşur ki, beyləqanlısan? (gülür - red.). Hansı rəqəmi istəsəydim, onu hədiyyə edəcəkdilər. Mən də 1 rəqəmini xoşladığımdan, “11-HA-111” nömrəsini hədiyyə etdilər. O vaxtdan da o nömrədəyəm, maşınlarımı dəyişsəm də, o, dəyişməz qalır. Hər kəs, yol polisləri də məni bu nömrə ilə tanıyırlar. Düzdür, belə də tanıyırlar, amma nömrə daha tez gözə çarpdığı üçün sükan arxasında mənim oturduğumu bilirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri