Icma.az
close
up
RU
General islah əmək koloniyasına göndərildi Putindən müharibəyə getməyi xahiş etdi, amma...

General islah əmək koloniyasına göndərildi Putindən müharibəyə getməyi xahiş etdi, amma...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cümə axşamı Tambov Qarnizonu Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popovu xüsusilə irimiqyaslı mənimsəmədə təqsirli bilib. O, 5 il müddətinə ümumi rejimli koloniyada cəzaya və 800 min rubl cəriməyə məhkum edilib. Popov general-mayor hərbi rütbəsindən də məhrum edilib.

Popov ötən ilin mayında həbs edilib. Müstəntiqlərin fikrincə, o, 2023-cü ildə Zaporojya vilayətində cəbhə xəttində mühəndis müdafiə strukturlarının təchiz edilməsi üçün alınmış 1700 tondan çox prokatın oğurlanmasında iştirak edib. Zərər 130 milyon rubldan çox qiymətləndirilir.

İttiham tərəfi Popovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Popovun vəkili Sergey Buinovski bildirib ki, müdafiə etdiyi şəxs hökmdən apellyasiya şikayəti verəcək və apellyasiya məhkəməsində bəraət tələb edəcək. Buinovski deyib ki, ittiham tərəfi keçmiş generalın təqsirinə dair sübut təqdim edə bilməyib və o, hökmü qanunsuz və əsassız adlandırıb.

Aprelin 11-də məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib və Popovun həbs qətimkan tədbirini yumşaltmaqdan imtina edib, onu istintaq təcridxanasından buraxmayıb. Şikayət verərkən Sergey Buinovski Popovun tezliklə Ukraynada müharibəyə gedəcəyini və ona qarşı cinayət işinin dayandırılacağını iddia edib. Onun sözlərinə görə, Popovun müdafiəsi Müdafiə Nazirliyi ilə birlikdə iş üzrə icraatın dayandırılması və generalın cəbhəyə göndərilməsi ilə bağlı “müsbət qərarla əlaqədar” həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət hazırlayıb. Müvafiq petisiya Ukraynada döyüşən bölmələrdən birinin rəhbərliyi tərəfindən göndərilib.

Mart ayında Popovun Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək orduya qayıtarılmasını xahiş etdiyi bildirilib. Məktubda Popov bütün həyatını orduya həsr etdiyini, Vladimir Putinin onun “mənəvi bələdçisi və nümunəsi” olduğunu qeyd edib.

Rusiyada qanunvericiliyə edilən dəyişikliklərə əsasən, həm məhkumlar, həm də məhkəmə və ya istintaq altında olan, hələ də hökmü çıxarılmamış şəxslər məhkəmə və ya istintaq orqanlarının razılığı ilə Ukraynada müharibəyə gedə bilərlər. Bununla belə, müharibəyə göndərilmə xahişlərinin təmin olunmadığı hallar var. Məsələn, FSB-nin cəza çəkən, istefada olan polkovniki və Rusiya hakimiyyətini tənqid edən İqor Strelkov (Girkin) onun xahişinin rədd edildiyini iddia edir.

İvan Popov 2023-cü ilin iyulunda 58-ci Ordunun komandiri vəzifəsindən uzaqlaşdırılıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri