Icma.az
close
up
RU
General Nizami Şirinov azadlığa buraxıldı: Nədə ittiham olunurdu?

General Nizami Şirinov azadlığa buraxıldı: Nədə ittiham olunurdu?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"MTN işi" üzrə həbs olunmuş general Nizami Şirinov azadlığa buraxılıb.

Qaynarinfo bu barədə musavat.com-a istinadən xəbər verir.

O, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. Nizami Şirinov digər MTN generalı Mövlam Şıxəliyevlə birlikdə 2021-ci ilin aprelində həbs olunmuşdu. O, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edib

Onıar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirilib ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərib, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verib.

Nizami Şirinov 8 il azadlıqdan məhrum edilib. O, məhkəmə övründə zərərçəkənlərə dəymiş ziyanı ödəyib, üzr istəyib. Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirib.

Qeyd edək ki, Mövlam Şıxəliyevin hələ 8 il cəza müddəti var və 9 saylı Cəzaçəkmə Müəssisəsindədir. İstintaq müəyyən edib ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib. Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsib. Onun rütbəsi, ordenləri, medalları əlindən alınıb. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və "Vətənə xidmətə görə”, "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri