General rəisi olduğu qurumdan məhkəməyə şikayət verdi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş rəisi general Sadiq Abduyev apellyasiya şikayəti verib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Elvin Əliyev iş üzrə hakim təyin edilib.
Sadiq Abduyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə məhkəmə çəkişməsindədir. Generalla qurum arasında əmək münasibətlərinə dair mübahisə yaranıb. Sadiq Abduyev bu mübahisə səbəbindən Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdı. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. O, 2018-ci ildə ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb.
Baxış sayı:134
Bu xəbər 13 Dekabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















