General: Ruslar ağlasığmaz tələblər irəli sürür
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
“Ukrayna sülh danışıqlarında “pis razılaşma”ya razı olmamalıdır. ABŞ, Avropa ölkələri və ya başqa birinin bunu istəməsi ehtimalı azdır”.
Reyting.az xəbər verir ki, bu sözləri ABŞ-nın təqaüddə olan generalı, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru, İraq və Əfqanıstandakı ABŞ qüvvələrinin sabiq komandanı Devid Petreus deyib.
D. Petreus əlavə edib ki, Ukraynanın ABŞ ilə danışıqlarda əldə etdiyi razılaşma “tamamilə məqbuldur”.
Onun sözlərinə görə, kompromislər olsa da, bu, Ukraynaya lazım olanı verir: “Amma əsas məsələ odur ki, Rusiya heç vaxt sazişdə yazılanlarla razılaşmayacaq”.
Petreus vurğulayıb ki, rusların kompromisə və ya ciddi danışıqlara hazır olduqları görünəndə kimsə irəli çıxıb “Xeyr, bizim əsas tələblərimiz var”,- deyir. Əsas tələbləri də prezident Zelenskini Rusiyapərəst bir şəxslə əvəz etmək, Ukraynanı silahsızlaşdırmaq və Donetsk vilayətinin ərazilərindəki möhkəmləndirilmiş şəhərləri Rusiyaya təhvil verməkdir.
“Daha əvvəl qeyd etdiyim kimi, mənim fikrimcə, ruslar ağlasığmaz tələblər irəli sürür. Onlar Ukrayna kimi ciddi danışıqlara hazır deyillər”,- deyə general əlavə edib.
ELÇİN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Fevral 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















