Icma.az
close
up
RU
General və polkovniklərin müsadirə olunan əmlakları Siyahı

General və polkovniklərin müsadirə olunan əmlakları Siyahı

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, 143 milyonluq yeyintidə ittiham edilən yüksək rütbəli zabitlərin bəzilərinin məhkəməsi başa çatıb. Hökmə əsasən müttəhim zabitlərə 11 il 6 aya kimi həbs cəzası verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə zabitlərin üzərinə həbs qoyulmuş milyonlarla qiymətləndirilən əmlakları müsadirə edilib.

Bu əmlaklar təqsirləndirilən şəxslər general Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramovun özlərinə və yaxın qohumlarına məxsusdur.

Aşağıdakıların dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilmiş əmlaklara daxil olduğu məlum olub:

General Nizami Məmmədov: Bakı şəhərində ikisi eyni rayonda olmaqla üç mənzil, Badamdar qəsəbəsində torpaq sahəsi, Mərdəkan qəsəbəsində torpaq sahəsi, Biləsuvar rayonunda torpaq sahəsi.

Polkovnik Cəlal Kazımov: Xətai rayonu ərazisində yerləşən 4 mənzil, eyni rayonda qaraj, eyni rayonun Şüvəlan qəsəbəsində yerləşən bağ; polkovnikin qohumuna məxsus torpaq sahəsi və bir evi üzərindən həbs götürülüb.

Polkovnik Bayram Bayramovun isə Gəncə şəhərindəki evi və Daşkəsən rayonunda torpaq sahəsi dövlət nəfinə alınıb.

Bu iş üzrə mühakimə edilən mayor Vüsal Əlizadə üzərinə həbs qoyulan əmlaklarının hamısını məhkəmə dövründə satıb dövlətə dəymiş ziyanın bir hissəsini ödəyib.

Qeyd edək ki, bu cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb.

Dəymiş ziyanın 12 milyon 415 min 194 manatını Nizami Məmmədov, 186 min manatını Cəlal Kazımov, 325 min manatını isə Vüsal Əlizadə ödəyib.

Üç gün əvvəl general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri