Icma.az
close
up
RU
General və polkovniklərin müsadirə olunan əmlakları SİYAHI

General və polkovniklərin müsadirə olunan əmlakları SİYAHI

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

143 milyonluq yeyintidə ittiham edilən yüksəkrütbəli zabitlərin bəzilərinin məhkəməsi başa çatıb. Hökmə əsasən müttəhim zabitlərə 11 il 6 aya kimi həbs cəzası verilib.

Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə zabitlərin üzərinə həbs qoyulmuş milyonlarla qiymətləndirilən əmlakları müsadirə edilib.

Bu əmlaklar təqsirləndirilən şəxslər general Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramovun özlərinə və yaxın qohumlarına məxsusdur.

Aşağıdakıların dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilmiş əmlaklara daxil olduğu məlum olub:

General Nizami Məmmədov: Bakı şəhərində ikisi eyni rayonda olmaqla üç mənzil, Badamdar qəsəbəsində torpaq sahəsi, Mərdəkan qəsəbəsində torpaq sahəsi, Biləsuvar rayonunda torpaq sahəsi.

Polkovnik Cəlal Kazımov: Xətai rayonu ərazisində yerləşən 4 mənzil, eyni rayonda qaraj, Şüvəlan qəsəbəsində yerləşən bağ; polkovnikin qohumuna məxsus torpaq sahəsi və bir evi üzərindən həbs götürülüb.

Polkovnik Bayram Bayramovun isə Gəncə şəhərindəki evi və Daşkəsən rayonunda torpaq sahəsi dövlət nəfinə alınıb.

Bu iş üzrə mühakimə edilən mayor Vüsal Əlizadə üzərinə həbs qoyulan əmlaklarının hamısını məhkəmə dövründə satıb dövlətə dəymiş ziyanın bir hissəsini ödəyib.

Qeyd edək ki, bu cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb.

Dəymiş ziyanın 12 milyon 415 min 194 manatını Nizami Məmmədov, 186 min manatını Cəlal Kazımov, 325 min manatını isə Vüsal Əlizadə ödəyib.

Üç gün əvvəl general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. (Qafqazinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see168

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri