Generalı güllələyən qatilin kimliyi açıqlandı Ekstradisiya görüntüləri
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya təhlükəsizlik qüvvələri general Alekseyevə qarşı sui-qəsd cəhdinin icraçısını saxlayıb və onun əlbirlərini də müəyyən edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Təhlükəsizlik xidmətinin məlumatına görə, hücumun əsas icraçısı Rusiya vətəndaşı L. Korba olub. O, Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaş qurumların köməyi ilə Dubayda saxlanılıb və sonradan Rusiya hakimiyyət orqanlarına təhvil verilib.
FSB bəyan edib ki, istintaq zamanı şübhəlinin əlbir olduğu şəxslər də müəyyən edilib. Məlum olub ki, onlar Rusiya vətəndaşları V. Vasin və Z. Serebritskayadır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Vasin Moskvada saxlanılıb, Serebritskaya isə Ukraynaya gedib. RT-nin Teleqram kanalında isə qatilin ekstradisiya videosu yayılıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyev dünən Moskvada güllələnmişdi.
O, xəstəxanaya yerləşdirilən zaman komada olub. General sonradan komadan ayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















