Icma.az
close
up
RU
Generalı nazir əvəz etdi Bu qurumun tərkibi və idarəedici orqanı dəyişdi

Generalı nazir əvəz etdi Bu qurumun tərkibi və idarəedici orqanı dəyişdi

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezidentin imzaladığı yeni fərmanla 7 il əvvəl yaradılmış İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında ciddi struktur dəyişiklikləri baş verib. Komissiyanın tərkibi və idarəedici orqanı yenilənib.

Əvvəllər Komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəhbəri – general İlqar Musayev sədrlik edirdisə, bundan sonra bu vəzifəni Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev icra edəcək. Eyni zamanda, Komissiyanın cari fəaliyyətini koordinasiya edən orqan da XRİTDX-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) keçib.

Yeni qərarla Komissiyanın tərkibi də dəyişib. Komissiyaya yeni üzvlər əlavə olunub, bəziləri isə çıxarılıb. Artıq RİNN yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin rəisi və Elm və Təhsil nazirinin müavini də Komissiyanın üzvləri sırasındadır. Əvəzində, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və ETN-nin İnformasiya Texnologiyaları İnstitutunun direktoru üzvlükdən çıxarılıb.

Dəyişiklikləri şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hökumət Komissiyanın idarəçiliyində daha çox mülkiləşmə xəttini seçib. Onun fikrincə, bu keçid sektorun texnoloji inkişafı və çevik koordinasiyası baxımından əhəmiyyətli ola bilər: “Yeni tərkibdə generalın nazir ilə əvəzlənməsi və mülki qurumların – Elm və Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti və s. – daha fəal iştirakı bu sahənin mülkiləşməsini göstərir. Son illər informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ciddi irəliləyişlər əldə olunmuşdu və bu, Komissiyanın da töhfəsi ilə mümkün olub.”

O. Gündüz qeyd edir ki, ölkədə kritik informasiya infrastrukturu formalaşdırılıb və bu sahədə DTX və XRİTDX-in rolu böyük olub. Beynəlxalq reytinqlərdə də bu irəliləyişlər hiss olunur. Lakin bu mərhələdə Komissiyanın tərkibində aparılan dəyişikliklər müəyyən suallar doğurur: “Əsas problemlərin hazırda qeyri-dövlət sektorunda olduğunu nəzərə alsaq, bu dəyişikliklər məntiqli görünə bilər. Hökumət özəl sektorun da daxil olduğu informasiya təhlükəsizliyi ekosistemində daha ciddi dönüş yaratmaq istəyir.”

Ekspert əlavə edir ki, RİNN-in tərkibində olan Elektron Təhlükəsizlik Xidməti son dövrlərdə nisbətən aktivləşsə də, hələlik tam potensialını nümayiş etdirməyib. Lakin yeni idarəetmə yanaşmaları bu istiqamətdə irəliləyişlərə yol aça bilər.

Bununla yanaşı, O. Gündüz qeyd edir ki, beynəlxalq təcrübədə də informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində idarəetmədə mülki xəttə üstünlük verilir. Bu yanaşma son illərdə DTX-nın fəaliyyətində də müşahidə olunurdu – qurum mülkiyyətə açıq Milli Kibertəhlükəsizlik Mərkəzi yaratmaqla yeni model təqdim etmişdi.

Sonda o bildirir: “Ümid edirəm ki, yeni tərkib Komissiyanın qarşısında duran vəzifələrin icrasında uğurlu olacaq.”

Xatırladaq ki, bir neçə il əvvəl Nazirlər Kabineti yanında fəaliyyət göstərən, “generallar komissiyası” kimi tanınan Radiotezliklər üzrə Dövlət Komissiyası da yenidən təşkil edilmiş və həmin Komissiyaya da Rəşad Nəbiyev sədrlik etməyə başlamışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri