Icma.az
close
up
RU
Generalın qızından SENSASİON İFŞA: Mərkəzdə Baş Qərargah rəisi güllələndi...

Generalın qızından SENSASİON İFŞA: Mərkəzdə Baş Qərargah rəisi güllələndi...

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmaninin Mossad tərəfindən qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar ölkə daxilində ciddi təhlükəsizlik boşluqlarını üzə çıxarıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, generalın qızı Türkiyə mediasına açıqlamasında atası Şadmaninin hava zərbəsi nəticəsində deyil, İsrail kəşfiyyatçıları tərəfindən Tehranın ortasında, atışma zamanı öldürüldüyünü bildirib. Əgər bu iddialar doğru çıxarsa, bu, İran ordusunun və təhlükəsizlik orqanlarının nüfuzunun və effektivliyinin ciddi şəkildə zədələndiyini göstərir.

Bir ölkənin ən yüksək rütbəli hərbi rəhbərlərindən birinin, özü də paytaxt Tehranda, xarici kəşfiyyat orqanının açıq hücumuna tuş gəlməsi İran rejiminin təhlükəsizlik sisteminin tam çöküşünü göstərir.

Məsələ təkcə İsrailin belə cəsarətli əməliyyatı reallaşdırmasında deyil, eyni zamanda İranın buna qarşı heç bir adekvat cavab verə bilməməsindədir. Əgər Mossad doğrudan da Tehranın içində, yüksək mühafizəli şəxsi öldürə bilirsə, bu, artıq təhlükənin yalnız sərhədlərdə deyil, dövlətin mərkəzində olduğunu göstərir.

Son bir neçə ayda İran ordusunun yüksək rütbəli komandirlərinin bir-birinin ardınca müəmmalı şəkildə ölməsi və ya öldürülməsi təsadüfi deyil. Müharibəni başa düşdük. Ancaq məsələ burasındadır ki, bu adamlar uzaqdan atılan raket və ya qaldırılan dron vasitəsilə təsadüfən ölməyiblər. Birbaşa hədəfə alınıb, məhv ediliblər.General Əli Rəşidin ölümündən sonra yalnız dörd gün vəzifədə olan Əli Şadmaninin də bu cür qətlə yetirilməsi, İran daxilində ciddi nüfuz savaşlarının, casus şəbəkələrinin və daxili sabitliyə qarşı təhdidlərin artdığını göstərir.

Bu həm də İsrailin psixoloji üstünlük yaratmaq üçün həyata keçirdiyi hədəfli əməliyyatların bir hissəsi kimi qiymətləndirilə bilər.

İran cəmiyyəti artıq Silahlı Qüvvələrə və xüsusilə SEPAH-a əvvəlki qədər inam göstərmir. Məlum olur ki, nəinki küçələrdəki etirazlara, sərhəd təhlükəsizliyinə, hətta ölkənin yüksək vəzifəli hərbi komandirlərinin mühafizəsinə belə effektiv nəzarət yoxdur. Bu isə ordunun təkcə əməliyyat baxımından deyil, strateji və psixoloji cəhətdən də zəiflədiyini göstərir.

Əli Şadmani İran ordusunda və İnqilab Keşikçiləri Korpusunda yüksək vəzifə tutan, həmçinin ölkə lideri Ayətullah Əli Xameneyiyə ən yaxın şəxslərdən biri hesab olunurdu.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri