Generalların Putinə saxta hesabatlar verdiyi üzə çıxdı SENSASİON DETALLAR
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinə Ukraynadakı müharibə ilə bağlı təqdim olunan hərbi hesabatlar reallığı əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə Financial Times yazıb.
Nəşrin Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Rusiya hərbi rəhbərliyi və təhlükəsizlik strukturları Putinə Ukraynadakı itkiləri şişirdilmiş şəkildə göstərir, ölkənin resurs üstünlüklərini qabardır və taktiki uğursuzluqları gizlədir. Nəticədə Kreml rəhbəri müharibəni qazana biləcəyinə inanır və sülh təşəbbüslərinə baxmayaraq döyüşləri davam etdirir.
Bildirilir ki, müharibənin Rusiya iqtisadiyyatı üçün ağır yükə çevrildiyi Putinə bildirilsə də, hərbi brifinqlərdə yaradılan “optimist mənzərə” onun qərarlarına daha çox təsir edir.
Financial Times qeyd edir ki, Putinin müharibə ilə bağlı əsas məlumat mənbəyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdur. O, böyük itkilərə səbəb olan taktikalara görə tənqid olunsa da, vəzifəsində qalmaqda davam edir.
Ekspertlərin fikrincə, Kremlin mövcud yanaşması Rusiyanın böyük insan itkiləri bahasına yavaş irəliləyişini davam etdirməsinə gətirib çıxarır, atəşkəs və sülh razılaşmalarının potensial üstünlükləri isə nəzərə alınmır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















