Geniş yolda qəfil kapotu açılan maşın qəza şəraiti yaratdı ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın əsas yollarından birində təhlükəli anlar yaşanıb.
Avtosfer.az xəbər verir ki, hərəkətdə olan avtomobilin kapotu qəfil açılaraq sürücünün ön görmə sahəsini tamamilə məhdudlaşdırıb. Sürücü çətinliklə də olsa, avtomobili saxlaya bilib və xoşbəxtlikdən qəza baş verməyib. Hadisə yoldakı digər hərəkət iştirakçılarını da təəccübləndirib və bu cür səhlənkarlığın ciddi fəsadlara səbəb ola biləcəyi bir daha sübut olunub.
Hadisənin görüntüləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin sosial media hesabında paylaşılıb. Paylaşımda deyilir:
"Yollarda təhlükəsizlik məsuliyyət tələb edir!
Hərəkətdə ikən kapotun qəfil açılması sürücünün görüntüsünü tamamilə məhdudlaşdırır və ciddi qəza təhlükəsi yaradır.
Yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə mütləq nəzarət edin.
Kiçik bir səhlənkarlıq – böyük faciəyə yol aça bilər.
Unutmayın: Təhlükəsizliyin başlanğıcı – yoxlamadır!"
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















