Icma.az
close
up
RU
Genişlənmə üzrə çempion: Albaniya 2030 a qədər Aİ yə üzv bilər

Genişlənmə üzrə çempion: Albaniya 2030 a qədər Aİ yə üzv bilər

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqına inteqrasiya tempi baxımından qeyri-rəsmi "çempion” Albaniya olub. Ötən həftə ölkə Aİ-yə üzvlük üçün son mövzular blokuna dair danışıqlara başlayıb və bu prosesin əvvəlki mərhələlərini cəmi bir il ərzində tamamlayıb. 

Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, baş nazir Edi Rama bunu "rekord nailiyyət” adlandırıb. Hökumət başçısı bildirib ki, Albaniyanın 2030-cu ildə Aİ üzvü olmasına artıq heç nə mane ola bilməz.

"Dünən bu, mümkünsüz görünürdü”, deyə Albaniyanın baş naziri Edi Rama Albaniyanın Aİ-yə üzvlük üzrə son mövzu blokuna dair Tirananın Brüssel ilə danışıqlara başladığının elan edilməsindən sonra bildirib.

Baş nazir deyib ki, üzvlük danışıqları 2027-ci ildə başa çatacaq, daha üç il sonra isə Albaniya Aİ-nin üzvünə çevriləcək.

"Albaniyanın uğuru mühüm islahatlar aparılması istiqamətində hökumətin gördüyü işlərin nəticəsidir. Biz Albaniyanın Avropa İttifaqına qoşulmasına çalışırıq”, deyə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos baş nazirə dəstək verib. 

Həftənin sonunda Marta Kos Edi Rama ilə birlikdə Tiranda Aİ–Balkanlar sammitini keçirib. Sammit bölgənin Avropa inteqrasiyasına dəstək üçün 6 milyard avro ayırmağı nəzərdə tutan "İnkişaf Planı”na həsr olunub.

Albaniyanın son zamanlar Aİ-yə doğru irəliləyiş tempi həqiqətən təsir edicidir. Ölkə Aİ-yə namizəd statusunu on il əvvəl alsa da, son bir ildə ciddi irəliləyişə nail olub. İlk mövzular bloku üzrə danışıqlara Tirana 2024-cü ilin oktyabrında başlamışdı və cəmi bir il sonra bütün mövzular kompleksi üzrə danışıqlara start verilib.

Bu qədər sürətli irəliləyiş Albaniyanın Aİ-yə inteqrasiya üzrə qeyri-rəsmi "çempion” elan edilməsinə səbəb olub. Bir çox Balkan ekspertlərinin fikrincə, bu, Avropa İttifaqının Albaniya və qonşu Monteneqronun Aİ-yə qəbulunu sürətləndirməyə çalışması ilə bağlıdır. Aİ-nin bu ilki genişlənmə hesabatında açıq şəkildə yazılır ki, Avropa Komissiyası 2029-cu ilin sonunda səlahiyyət müddəti bitənədək yeni üzvlər qəbul etmək niyyətindədir. Ursula fon der Lyayenin rəhbərlik etdiyi qurum ən perspektivli namizədlər kimi Albaniya, Monteneqro, Ukrayna və Moldovanı qeyd edir. Ukrayna və Moldova bu prosesə nisbətən yaxınlarda qoşulduğu üçün, ekspertlər Albaniya və Monteneqronun "Aİ-nin yeni genişlənməsinin lokomotivi” rolunu oynadığını düşünürlər.

Bu, həm də son vaxtlar Brüsselin Albaniya və Monteneqro hökumətlərini bu qədər fəal şəkildə tərifləməsinin səbəblərindən biridir. Halbuki hər iki ölkə götürdüyü öhdəliklərin bir çoxunu hələ yerinə yetirməyib.

Monteneqro Brüsselin fikrincə, Belqrad və Moskvanın "çox güclü təsirinə” açıqdır, Albaniya isə korrupsiya ilə mübarizədə yetərincə fəal olmamaqda dəfələrlə tənqid olunub.

Bununla belə, genişlənmənin "öncül ölkələri” göstərilən yüksək etimadı doğrultmağa çalışır. Görünür, Edi Ramanın son bir-iki həftədə verdiyi bir neçə sensasion bəyanatın əsas məqsədi də məhz bu idi. Rama Aİ-yə üzvlüyü baş nazir kimi dördüncü müddətinin əsas hədəfi elan edib.

Albaniya 30 ildə sosializmdən sonra necə dəyişdi?

Brüsseldəki Aİ-nin genişlənmə forumunda Albaniya baş nazirinin çıxışı zamanı zalda Serbiya parlamentinin sədri Ana Brnabiçin rəhbərlik etdiyi serb nümayəndə heyəti peyda olanda, Edi Rama iştirakçılara belə deyib: "Zəhmət olmasa, rus nümayəndə heyətinin gəlişini alqışlayın”.

Ölkə parlamentində isə Edi Rama gender bərabərliyi haqqında qanunu və bu qanunu dəstəkləyən Aİ-ni tənqid edən müxalifəti sərt şəkildə hədəf alıb:

"Bu şərəfli qanunu təhqir edən müxalifətin tənqidinə görə Aİ-dən üzr istəyirəm. Amma albanlar deyir: it hürər, karvan keçər”.

Avropada hələ yenicə müzakirə olunurdu ki, Edi Ramanın kabinet üzvlərindən biri artıq süni intellekt əsasında yaradılmış qadın cinsli bot — Diella (Günəş) olub və o, korrupsiya ilə mübarizə məqsədilə Dövlət Satınalmaları Nazirliyinin rəhbəri təyin edilib. Rama daha bir sensasiyalı açıqma verib: 

"Bildirmək istəyirəm ki, Diella hamilədir. Onun 83 uşağı olacaq — Partiyamızın parlamentdəki hər bir deputatı üçün bir süni intellekt köməkçisi. Bu, süni intellektin Albaniya siyasətinə inteqrasiyasının yeni erası olacaq”.

Bundan sonra artıq heç kimi təəccübləndirmədi ki, 21 noyabrda Tirandakı Aİ–Balkanlar sammitində qəbul edilmiş deklarasiyada region üçün əsas prioritet kimi "innovasiya və rəqəmsal inkişaf mərkəzləri olacaq İAİ fabriklərinin yaradılmasına başlamaq” tələbi yer alıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri