Icma.az
close
up
RU
Genişmiqyaslı bir planın tərkib hissəsi

Genişmiqyaslı bir planın tərkib hissəsi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Siyasi qərarlar” “hüquqi nəticə” kimi təqdim edilirsə...

Avropa Parlamenti “yalan və böhtan” platforması rolunda

Avropa Parlamenti Azərbaycana  qarşı qərəzli mövqeyini davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra bu təşkilat tərəfindən ölkəmizə qarşı qəbul edən qətnamələrin sayı-hesabı yoxdur. Avropa Parlamenti dövlətimizin öz ərazilərini işğaldan azad etməsini, Qarabağ üzərində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Dekabrın 18-də təşkilatın ölkəmizin əleyhinə qəbul etdiyi növbəti qətnamə də bunun göstəricisidir.

Qətnamədə Azərbaycanda guya insan haqlarının pozulduğu, 400 nəfər “siyasi məhbus” olduğu iddia edilir. Eləcə də, müharibə cinayətləri törədən ermənilərin həbs edilməsi də siyasiləşdirilir. Əslində, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil.

AP kimlərin əlində alətə çevrilib? 

Bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa təsisatları yarandıqları zaman xüsusilə beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsipləri  əsas götürüblər. Lakin həmin təşkilatların fəaliyyətində bu prinsiplərə riayət olunmur. Bu təşkilatlar hazırda beynəlxalq güclərin və lobbilərin diqtəsi ilə işləyir. Yəni, fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də bunun sübutudur. Avropa Parlamenti kimi islamofob və türkəfob dairələrin əlində alət olan qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Bu təşkilat hər zaman insan hüquqları və demokratiya pərdəsi altında Azərbaycanı hədəfə  alıb. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən, 1 milyona qədər azərbaycanlı qaçqın-köçkünün hüquqlarını müdafiə edən sənədlər qəbul etməyib. Amma indi bu qurum Ermənistanla əməkdaşlığa böyük önəm verir, hazırda həbsdə olan erməniəsilli müharibə canilərini müdafiə edir.

Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin “qanuni” təmsilçisinə çevrilib. Bu gün ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin riyakarlığı və ikiüzlülüyü ilə yanaşı, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. Əslində, Avropa Parlamentinin son qətnaməsi Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından, ərazi bütövlüyünü bərpa etməsindən doğan “qəzəbin” təzahüründən başqa bir şey deyil. Görünür, son zamanlar Ermənistanla Azərbaycan arasında vasitəçilərin iştirakı olmadan keçirilən danışıqlar, yüksəksəviyyəli təmaslar, 8 avqust Vaşinqton razılaşması Avropa Parlamentini məyus edir. Təşkilat indiki mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır. 

Milli Məclis: Korrupsiya və rüşvətxorluq AP-da kök salıb

Məlumdur ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar Milli Məclis də bəyanat qəbul edib. Bəyanatda vurğulandığı kimi, yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.

Görünən odur ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir. Avropa Parlamentinin siyasi simasının bir sıra xarakterik cizgiləri Azərbaycanla yanaşı, bu qurumun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur. Bu qətnamə Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur və onun real niyyətlərini ifşa edir. “Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır”,-deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, müəyyən proseslərə ardıcıl surətdə səlibçilik mövqeyindən yanaşan Avropa Parlamenti islamofob və türkofob meyillərin aşkar ifadə olunduğu platformaya çevrilib. İslam və Türk dünyasının ayrılmaz parçası olan Azərbaycana qarşı bu cür qərəzli hücumlar Avropada eyni tendensiyaları idarə edən müəyyən qrupların əlavə siyasi dividend qazanmaq niyyətini açıq büruzə verir. Avropa Parlamentinin bu qətnaməsinin geniş miqyaslı bir planın tərkib hissəsi olduğu da şübhəsizdir. “Nəticə etibarilə, bütün qeyd edilənləri nəzərə alaraq qətiyyətlə söyləmək olar ki, Avropa Parlamenti növbəti dəfə öz məkrli niyyətlərini heç bir əsası olmayan, birtərəfli və yalan iddialar üzərində qurulmuş arqumentlərlə pərdələməyə çalışır. Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamentinin məlum qətnaməsini qətiyyətlə rədd edir və onu qəbulolunmaz hesab edir. Belə qətnamələr Azərbaycana heç bir şəkildə təsir edə və ölkəmizi öz yolundan döndərə bilməz”,-deyə Milli Məclis bəyan edib.

Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentinə etiraz edib

Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi də Avropa Parlamentinin ölkəmizə dair qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda qətnamənin beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil ediyi, Azərbaycanın suveren hüquqlarına və milli yurisdiksiyasına hörmətə əsaslanan əməkdaşlıq ruhuna xələl gətirdiyi, Avropa Parlamentinin institusional etibarlılığına ciddi suallar yaratdığı qeyd olunub.

Bəyanatda BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, hər bir dövlətin öz ərazisində ictimai asayişin, konstitusiya quruluşunun və milli təhlükəsizliyin qorunması məqsədilə qanunvericiliyini tətbiq etmək, cinayət təqibini aparmaq və məhkəmə ədalət mühakiməsini həyata keçirmək səlahiyyətinə malik olduğu vurğulanaraq, Avropa Parlamentinin konkret işlər üzrə “hüquqi nəticə” kimi təqdim etdiyi qənaətlərin faktiki olaraq, məhkəmə qərarlarını siyasi qərarlarla əvəzləmək cəhdi təsiri bağışladığı və qəbuledilməz olduğu bildirilib. Bu cür sənədlərin insan hüquqları mövzusunu hüquqi dialoq predmetindən çıxararaq siyasi təzyiq alətinə çevirməklə, həm insan hüquqları gündəliyinin obyektivliyinə zərbə vurduğu, həm də tərəflər arasında etimadın institusional əsaslarını sarsıtdığı qeyd edilib. Eləcə də Azərbaycanın ifadə azadlığı və əsas hüquqlarla bağlı beynəlxalq öhdəliklərinə hörmətin tərəfdarı olduğu vurğulanıb, Avropa Parlamentinin Azərbaycanla bağlı yanaşmasında uzun illərdir selektivlik və ikili standartlar faktının müşahidə olunduğu qeyd edilib. Bu baxımdan, regionda beynəlxalq hüququn kobud şəkildə pozulduğu dövrlərdə, o cümlədən humanitar nəticələr, məcburi köçkünlərin hüquqları, mədəni irsə vurulmuş ziyan, bu gün də davam edən mina təhlükəsi kimi məsələlərdə ardıcıl və prinsipial mövqe ortaya qoymayan bir institutun Azərbaycanın daxili hüquqi prosesləri barədə qərəzli mühakimələr yürütməsinin ciddi etimad böhranı yaratdığı diqqətə çatdırılıb.

“Azərbaycan tərəfdaşlıq münasibətlərini yalnız suverenliyə hörmət, daxili işlərə qarışmama və ikili standartlardan imtina çərçivəsində məqbul hesab edir. Bu səbəbdən Avropa Parlamentini və Aİ-yə üzv dövlətləri Azərbaycanla bağlı ritorikanı və praktikanı beynəlxalq hüququn tələblərinə uyğunlaşdırmağa, faktlara əsaslanmayan siyasi etiketləmələrdən imtina etməyə və dialoqu təxribatçı qətnamələr üzərindən deyil, hüquqi çərçivələr və konstruktiv institusional kanallar vasitəsilə aparmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri