Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Genişmiqyaslı Rusiya Ukrayna müharibəsinin 1300 cü günü

Genişmiqyaslı Rusiya Ukrayna müharibəsinin 1300 cü günü

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

1300 gündür ki, mübariz və məğrur Ukrayna xalqı Rusiya imperializminə qarşı savaşır. Bu savaş ölüm-qalım məsələsidir. Rusiya müharibənin ilk günlərində qarşısına qoyduğu strateji hədəflərə çata bilmədi, bilməyəcək də. Çünki bir xalqı məğlub etmək olmaz. O xalq ki, qeyri-bərabər şəraitdə məğlub olmadı, təslim olmadı. Rusiya əbədiyyətən Ukraynanı itirdi. Rusiya “Ukrayna” adlı dövləti ləğv edib öz nəzarəti altına almaq istəyirdi. Siz Ukrayna xalqını yaxşı tanımırsınız, tanıyanlar bilir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı öz “Facebook” hesabından etdiyi paylaşımda bildirib.

Q. Osmanlı daha sonra bunları qeyd edib:"Belə ki, bu xalqlar arasında tarixdə 30-a yaxın müharibə olub. Amma “rus dünyası” — “Russkiy Mir” Ukraynanı öz nəzarətinə tam ala bilməyib. Bu müharibə həm də 1300 günlük deyil, minillik müharibədir. “Kiyev Rusı” məhz Ukraynada bərqərar olub. İndiki Ukrayna ərazisində IX əsrdə Kiyev-Rus dövləti mövcud olanda müasir Rusiya ərazisində dövlət olmayıb. Yalnız knyazlıqlar formasında mövcud olub. Elə əslində ən böyük Rusı ukraynalılardır. Bu haqda ayrıca yazım olacaq. 

Ukrayna xalqı çox çətin şəraitdə, məşəqqətlərə qatlanaraq mübarizəni davam etdirir. Hər kəs sual edir: bəs nə olacaq? Müharibəni uzatmaqla Rusiyanı tədricən çökdürüb sıradan bir dövlət halına salacaqlar. Ola bilər ki, kimlərsə desin ki, Rusiya taktiki uğurlara imza atıb — Ukraynanın Kırım yarımadası daxil olmaqla 4 vilayətini işğal edib. Buna qalsa, Hitler Almaniyası da 1943-cü ildə Ukraynanı işğal etmişdi.

Nəticə?! Hal-hazırda Ukraynanın təxminən 110 min km² qədər ərazisi işğal altındadır. Qeyd edim ki, 1300 günlük müharibə dövründə Rusiya heç 4 vilayətin inzibati sərhədlərinə belə çıxa bilməyib. Dostlar, bu müharibə ərazi müharibəsi deyil. Beyinlərin, təfəkkür tərzinin, yaşam şərtlərinin — bir sözlə, xeyirlə-şərin müharibəsidir. Ukrayna xalqı öz şüurlu seçimini edərək Rusiya imperiyasının nəzarəti altında yaşamaq istəmir.

Müharibənin indiki fazasına gəldikdə Ukrayna Rusiyanın gəlir gətirən sahələrinə zərbələr endirir. Rusiya isə Ukraynanın dinc şəhərlərini hədəf almaqla mülki insanları öldürür. Çünki Rusiyanın edə biləcəyi iş budur. Düşünürəm ki, proses hələ uzanacaq, çünki Rusiyanın hələlik nəfəs almağa gücü var, resursları imkan verir. Gün gələcək o nəfəs boruları tıxanacaq. O gün mütləq gələcək — buna kiminsə şübhəsi olmasın! Hələlik Rusiyanı xoşbəxt edirlər. Bu müddətdə Ukrayna xalqı dözməli, çətinliklərə rəğmən mübarizəni davam etdirməlidir. Azadlıq qurbanlar tələb edir; bu yolda hamarlıq yoxdur. 1300 gündür ki, mübarizənin episentrində olan xoşbəxt insanam ki, haqqın yanındayam, şərə qarşı mübarizədəyəm. Başqa cür də ola bilməz, çünki bu həm də vicdan məsələsidir. Zalıma qarşı mübarizədə özüm daxil, Ukrayna xalqına güc-qüvvət arzulayıram!"

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri