Geomaqnit qasırğası müşahidə olunur Astrofizika kafedrası
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda Günəşdə baş verən M11 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına 20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Qeyd edilib ki, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.
Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18 yanvar tarixində Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.
Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, ayın 22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı beş-yeddi (G1-G2), sonrakı tarixlərdə dörd və daha aşağı olacaq.
Oxunub 272
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Yanvar 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















