Icma.az
close
up
RU
Georgi Adamiya: “Qarabağ”ın kuboku qazanacağını düşünürəm” MÜSAHİBƏ

Georgi Adamiya: “Qarabağ”ın kuboku qazanacağını düşünürəm” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” və “Qarabağ”ın sabiq hücumçusu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– “Neftçi” Azərbaycan Kubokunda finala çıxa bilmədi. Bu nəticəni gözləyirdiniz? Cari mövsümü “ağ-qaralar” üçün fiasko adlandırmaq olar?

– Təəssüf ki, cari mövsüm “Neftçi” üçün uğursuz alındı. Komanda kubokun finalına çıxa bilməməklə avrokuboklara vəsiqə qazanmaq şansını da itirdi. “Neftçi”nin sabiq futbolçusu olaraq, bu, mənim üçün çox üzücü haldır.

– Necə düşünürsünüz, baş məşqçi Samir Abasovla növbəti mövsümdə də yola davam edilməlidir, yoxsa onunla əməkdaşlığı dayandırmaq “Neftçi” üçün daha faydalı olar?

– Nəzərə alaq ki, hazırkı heyəti Samir Abasov komplektləşdirməyib. Yeni mövsümöncəsi komandanı Samir özü komplektləşdirəndən sonrakı nəticələri görərək, bu barədə danışmaq, onun qalmalı və ya getməli olduğu haqda fikir yürütmək olar.

– Kubokun finalında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək. Şansları necə dəyərləndirirsiniz?

– “Sabah” yaxşı komandadır. Üstəlik, final bir oyundan ibarətdir. Bu o deməkdir ki, hər şey baş verə bilər. Amma yenə də “Qarabağ”ın kuboku qazanacağını düşünürəm.

– Cari mövsümdə hansı komandanın çıxışı sizi müsbət mənada təəccübləndirdi?

– “Zirə”ni qeyd edərdim. Bu komandanı çox bəyənirəm. Hazırkı “Zirə” yetərincə yaxşı komandadır.

– Hazırda Azərbaycan Premyer Liqasında 4 gürcü futbolçu – Davit Volkov, Giorgi Papunaşvili, Rati Ardazişvili və Giorgi Karaişvili çıxış edir. Onların çıxışını diqqətdə saxlayırsınız? Sizcə, həmyerliləriniz Azərbaycanda özlərini yaxşı tərəfdən göstərə bilirlər?

– Bəli, diqqətdə saxlayıram. Ardazişvili “Kəpəz”in, demək olar ki, bütün oyunlarında iştirak edir. Papunaşvili və Volkov da “Zirə”də çox oyun dəqiqəsi qazanır və özlərini pis göstərmirlər. Karaişviliyə gəlincə, o da yaxşı futbolçudur, ancaq “Sumqayıt”da sözünü hələ tam deyə bilmir. Mən onu yaxşı tanıyıram. Karaişvilinin böyük potensialı var. Buna görə də hazırkından daha yaxşı performans sərgiləməlidir.

– Hazırda Azərbaycan Premyer Liqasında baş məşqçi kimi çalışanların əksəriyyəti ilə vaxtilə komanda yoldaşı olmusunuz. Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, Vaqif Cavadov və Elvin Məmmədovu nəzərdə tuturuq. Onların məşqçi kimi rəqabətini izləmək sizə maraqlı gəlirmi?

– Düz qeyd etdiniz, onların hər biri ilə vaxtilə komanda yoldaşı olmuşam. Çox şadam ki, futbolda qaldılar. Hər birinə məşqçilik karyerasında uğur arzulayıram. Təbii ki, dostlarımın, sabiq komanda yoldaşlarımın işinə diqqət yetirmək, onlar arasındakı rəqabəti izləmək mənim üçün çox maraqlıdır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri