Icma.az
close
up
RU
Geosiyasi gərginlik Azərbaycanda turizmi vurdu EKSPERT

Geosiyasi gərginlik Azərbaycanda turizmi vurdu EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ceyhun Aşurov regionların taleyi ilə bağlı mühüm məqamlara toxunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 23,2 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,0 faizi İran, 5,0 faizi Gürcüstan, 4,6 faizi Hindistan, 3,7 faizi Pakistan, 3,6 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Özbəkistan, 2,6 faizi İsrail, 2,0 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. Məlumat üçün bildirək ki, yanvar-fevral aylarında Azərbaycandan xaricə 298,7 min nəfər turist gedib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

 Turizm eksperti Ceyhun Aşurov Sherg.az-a bildirib ki, dünyada müşahidə olunan geosiyasi gərginlik, qonşu ölkələrdəki münaqişələr Azərbaycan turizm sektoruna da təsirsiz ötüşməyib. Hər il Novruz bayramı ərəfəsində dünyanın müxtəlif ölkələrindən, xüsusilə İran və Körfəz ölkələrindən Azərbaycana xeyli sayda turistlərin gəldiyini xatırladan ekspert bu il bu ənənənin pozulduğunu qeyd edib:

“İranın hava məkanının bağlı olması, Körfəz ölkələrindən gələn turistlərin səfərlərində ciddi çətinliklər yaradır. Asiya ölkələrindən Azərbaycana həyata keçirilən bəzi reyslərin İran hava məkanından keçdiyini nəzərə alsaq, turizm axınının azalması təəccüblü deyil. Azərbaycan bununla bağlı alternativ bazarlarda tanıtım işləri aparır. Birbaşa hava yollarının olması, uçuşların aparılması ilə bağlı müəyyən addımlar atılır. Yeni hədəf bazarlarında - Türkiyə, Orta Asiya, türk dövlətləri bazarlarında da fəaliyyətimizi genişləndirə bilərik. Eyni zamanda bizdə olan hava məkanlarından daha əlverişli uçuşların təşkil olunmasına çalışmaqla, türk dövlətlərindən Azərbaycana daha çox turistin gəliş-gedişini təmin etmək olar”.

Turizm sahəsinin Azərbaycanın qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olduğunu xatırladan ekspert bildirib ki, bu sahənin inkişafı təkcə gəlirlərin artımına deyil, həm də regionlarda məşğulluğun, sahibkarlığın və infrastrukturun güclənməsinə mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri