Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ administrasiyası İran neftinin satışına müvəqqəti icazə verən ümumi lisenziyanı ləğv edib. Qərar ABŞ ordusunun İranın Sirik, Qeşm adası və Bəndər Abbas bölgələrinə endirdiyi zərbələr və Hörmüz boğazında artan gərginlik fonunda qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, hadisələrin təsiri ilə dünya bazarında neft qiymətləri 2 faizdən çox yüksəlib.
Artan geosiyasi risklər enerji bazarına da təsir göstərib.
Ticarət marşrutlarının təhlükə altına düşəcəyi ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin qiyməti 1,86 dollar (2,58 faiz) bahalaşaraq, bir barel üçün 73,85 dollara yüksəlib. ABŞ-nin WTI markalı xam nefti isə 1,73 dollar (2,52 faiz) artaraq 70,28 dollardan satılıb.
Bu mövzuda digər xəbərlər:Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı
30 Aprel 2026 12:08
Geosiyasi gərginlik fonunda qızıl ucuzlaşıb, neft bahalaşıb
29 İyun 2026 22:55
Geosiyasi gərginlik azaldıqca neft ucuzlaşır
09 Oktyabr 2025 09:14
Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
26 May 2026 12:55
Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətləri yüksəlir
02 Mart 2026 09:22
Baxış sayı:266
Bu xəbər 08 İyul 2026 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















