Icma.az
close
up
RU
Gerasimov Putinə səhv məlumat verib, irəliləyiş yoxdur

Gerasimov Putinə səhv məlumat verib, irəliləyiş yoxdur

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bu ölkə qoşunlarının Donetsk və Zaporojye vilayətlərində irəliləməsi ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, mayor Andrey Kovalyov deyib.

Onun sözlərinə görə, döyüş meydanında ciddi uğurlar əldə edə bilməyən Rusiya ordusunun rəhbərliyi ictimaiyyətdə böyük qələbələr qazanıldığı barədə yanlış təsəvvür yaratmağa davam edir:

“Bunun növbəti nümunəsi Gerasimovun açıq-aşkar yalanlara, manipulyasiyalara və şişirdilmiş məlumatlara əsaslanan məruzəsi olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında döyüş təmas xəttindəki vəziyyətlə bağlı Rusiya komandanlığının yalan bəyanatlarını təkzib edən faktlar var”.

Onun sözlərinə görə, Gerasimovun öz məruzəsində sentyabrın 1-dən etibarən Rusiya qoşunlarının Ukrayna ərazisinin 1800 kvadratkilometrdən çox hissəsini və 92 yaşayış məntəqəsini nəzarət altına aldığını deməsi həqiqətə uyğun deyil:

“Əslində, Ukrayna Müdafiə Qüvvələrinin fəal əməliyyatları nəticəsində payızın əvvəlindən indiyədək azad edilmiş ərazilərin sahəsi Rusiya ordusunun ələ keçirdiyi ərazilərin sahəsindən daha çoxdur. Gerasimovun Dobropolye şəhərinin ələ keçirilməsi ilə bağlı açıqlamaları da həqiqəti əks etdirmir. Şəhər Ukraynanın nəzarəti altındadır. Bu, Rusiya rəhbərliyinin arzuladığını reallıq kimi təqdim etməyə çalışdığı ilk hal deyil. Konstantinovka və Alekseyevo-Drujkovka şəhərlərinin ələ keçirilməsi, eləcə də Rusiya qoşunlarının Kramatorskun ətrafına çatması barədə iddialar da yalandır. Oktyabrın 17-si səhər saatlarına olan məlumata görə, Konstantinovkada Ukrayna Müdafiə Qüvvələrinin mövqeləri qalır və döyüşlər davam edir. Rusiya qoşunlarının Kramatorska çatması barədə açıqlamalar da cəbhədəki real vəziyyətə uyğun deyil. Rusiya qoşunlarının Slovyansk şəhərinin ətrafında hücuma keçməsi və Nikolayevka ərazisinin 50 faizindən çoxuna nəzarəti ələ keçirməsi barədə iddialar da həqiqəti əks etdirmir. Əslində, kiçik bir qrup Nikolayevkanın cənub hissəsinə yaxınlaşıb. Ukrayna Müdafiə Qüvvələri həmin qrupun məhv edilməsi üçün zərbə və axtarış əməliyyatları keçirir. Gerasimov Orexov uğrunda döyüşlərin getdiyini, Novopavlovka və Novoandreyevka yaşayış məntəqələrinin ələ keçirildiyini bildirib. Oktyabrın 17-nə olan məlumata görə, hər üç yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Rusiya qoşunlarının Zaporojye şəhərinə cənubdan 5 kilometrədək yaxınlaşması barədə iddia da həqiqətə uyğun deyil. Döyüş təmas xətti uzun müddətdir vilayət mərkəzindən 22 kilometr məsafədə yerləşir. Dnepropetrovsk vilayətindəki Velikomixaylovka yaşayış məntəqəsinin ələ keçirilməsi barədə açıqlama da növbəti uydurmadır. Rusiya ordusu bu yaşayış məntəqəsinin guya ələ keçirildiyi barədə dəfələrlə məlumat yayıb və bununla arzularını reallıq kimi təqdim etməyə çalışıb. Oktyabrın 17-nə olan məlumata görə, Velikomixaylovka Ukraynanın nəzarəti altındadır, döyüş təmas xətti isə yaşayış məntəqəsindən 8 kilometr şərqdə yerləşir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Oktyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri