Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Gərəkli olmağı bacaran insan

Gərəkli olmağı bacaran insan

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün onun günüdür. Söhbət o insandan gedir ki, qurub yaratdığı təşkilatda on ildən artıq bir müddətdə çalışmışam. Bu günədək çalışdığım, digər üç qurumda olduğu kimi, bu təşkilatın inkişafına bütün qüvvəmi səfərbər edib sədaqətlə xidmət etmişəm. Və bu xidmətimdən şərəf duymuşam. Maraqlıdır ki, məhz bu xidmətin nəticəsidir ki, rəhbərim olan hər dörd şəxslə bu günədək  əlaqəmi kəsməmiş,  günü bu gündə ürəklə zəng edib, həm də sözümü demişəm,  o cümlədən haqqında danışacağım böyük insanla. 
Söhbət "həyatda gərəkli olmağı seçən" dəyərli ziyalı, xeyrxah insan Elxan Süleymanovdan gedir.  
***
Bu günlərdə dostumuz, ağsaqqalın dəyər verdiyi azsaylı insanlardan biri olan Oktay  Təmrazov zəng edib məni Elxan müəllimin  kitabının  təqdimatına dəvət edəndə elə anındaca razılığımı verib iştirak edəcəyimi söylədim. 
Təqdimat günü gəldi. On il ayaq döydüyüm ofisə gedəndə işdən ayrıldığım on il ərzində görüşmədiyim insanları gördüm. Az vaxt ərzində keçmiş həmkarlarımla köhnə söhbətləri yeni "oranjemanda"  xatırladıq. 
Elxan müəllimin gəlişi  isə çox ləngitmədi. Heç dəyişməmişdi. Əvvəlki ampulasında idi. Gülərüz, şux geyimdə. Gələn kimi,  həmişə olduğu kimi hər kəslə görüşüb birbaşa çap etdirdiyi kitab haqqında, əslində isə samballı əsər haqqında, onun yaranması, məqsədi, məramı haqqında danışmağa başladı. Arada öz zarafatında da qalmırdı. Ürəyinin saxlancındakı bəzi sözləri də elə zarafatla da dedi. Nə isə...
Yazdığı kitabı bir-bir keçmiş işçilərinə təqdim etdi. Mənə çatanda isə, "Vüqar müəllim səni görəndə Musa Yaqub yadıma düşür" deməsi isə məni bir qədər kövrəltdi. Çünki  uzun müddət bir yerdə çalışdığım, bilavastə rəhbərim olan dəyərli şairmiz aramızda yox idi...
Mən isə qısa çıxışımda təşəkkürümü bildirib, əsas  fikirlərimi yazı ilə bildirəcəyimi söylədim. Odur ki, söz verdiyim  yazını təqdim edirəm.
***
Sosial medianın hökmran olduğu bir vaxtda, 628 səhifəlik xatirələri, əslində monumental bir əsəri dörd gün ərzində oxumaq hər kəsdən, o cümlədən məndən də  səbr və təmkin tələb edirdi. Ancaq  bu kitabın bir nəfəsə oxunması  artıq müəllifin  yazı stilistika ilə yanaşı, həm də  ortaya bir səmimiyyət qoyması ilə bağlı olub.  Kitabda yazılanların çalışdığım on il müddətindəki hissəsində  hadısələrin, maraqlı görüşlərin şahidi və iştirakçısı olsam da, diqqətimdən yayınan bir çox məqamları çox ustalıqla oxucuya çatdırmasına,  etiraf edim ki, heyran qaldım. 
Elxan müəllimin "Gərəkli olmağı seçdim" adlandırdığı əsərində toxunduğu bir çox məqamlar daha çox diqqətimi çəkdi.
Mən Elxan müəllimin ədəbiyyatı daim sevgi hissi ilə yanaşdığının şahidiyəm. Hər toplantıda şeir söyləməyi bu gün də yadımdadır. Hətta dostu, tələbə yoldaşı Musa Yaqubun şeirlərini əzbərdən və dərin bir intonasiya ilə söylməsini heç vaxt unutmaram. Ən yadımda qalanı isə "Sənin məhəbbət şeirlərin mənim karıma  çox çatıb, ay Musa" deməsi idi. 
Əsərində Elxan müəllim həm müasir,  həm də klassik  ədəbiyyatdan misal çəkməsi,  xüsusən də Səməd Vurğunun "Azərbaycan" şeirinin ustalıqla  təhlil etməsi  isə onun daha həssas və kövrək qəlbli bir insan olmasından xəbər verir. 
Mən Elxan müəllimin "Quranı- Kərim" haqqında bu qədər bilgiyə sahib olduğunu  bilmirdim. Əsər müəllifi hətta sovet hökumətinin dağılmasının əsas səbəblərindən biri kimi,  bu dövlətin "Allahı inkar etməsi və ona qarşı üsyanı olması" fikri də əslində reallğı əks etdirir. Bu addımı ilə sövet hökuməti keçmişlə gələcək arasındakı bağlılığı sanki yox etmək istəyində idi. Bu təbliğatın, bu qorxunun  nəticəsi idi ki, əmiləri dəyərli ziyalı olan babasını onlara unutdurmağa çalışıb. Amma alınmayıb.  
Belə qənaətə gəlirəm ki, bununla yanaşı ard-arda  müqəddəs kitabdan sitat gətirməsi onun həm də bağlı olduği soy-kökü ilə, Hacı Rəhim Əfəndinin nəvəsi olması ilə  əlaqədardır. 
Özünü çox sadə və adi bir insan hesab edən Elxan müəllim qeyd edir ki, zaman gələcək və bu kitab hər oxunduqca "mən yenidən kəşf oluncağam".  Əslində yerində deyimiş sözdür. Yaddaşlarda, deyilən yox, daha çox yazılanlar qalır. Yazılanlar, gələcək tədqiqat üçün  həm də  elmi mənbədir. 
Əsərində babası Hacı Rəhim Əfəndinin həyat və fəaliyyətinə geniş yer verən Elxan müəllim bir qədər kövrək notlarla qeyd edir ki, "həyat fanidir, ömür əmanət, zaman gələcək, mən də dünyamı dəyişəcəyəm. Ona görə də çalışıram ki, məndən də nəsə bir iz qalsın". Üzrlü  sayın Elxan müəllim. Bu fikrinizə qarşı çıxım. Bu əsəri yazmasaydınız belə Sizin gördüyünüz işlər, həyata keçirdyiniz layihələr  yüz ildən sonra da xatırlanacaq, elmi mənbə kimi  istifadə olunacaq. Qəti şübhəniz olmasın.
Mən Elxan müəllimin SSRİ rəhbəri Nikita Xruşşova məktubu haqqında,hətta Nikita Xruşşovun dərkənarı, sonradan sorğu-suala tutulması, ancaq nəticə olaraq  yeddi nömrəli məktəbdə kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında özündən eşitmişdim. Ancaq indi başa düşürəm ki, Elxan müəllimin kitaba, ədəbiyyata sevgisinin nəticəsi idi ki, gəlişiylə toz basmış kitabxanaya həm də yeni nəfəs gətirməyi az yaşında bacarmışdı. 
Mən Elxan müəllimin bacarıqlı, işgüzar və xeyirhaq insan olduğunu bilirəm, onun heç bir halda mübarizliyini,əzmkarlığını itirmədiyinin şahidiyəm. Amma yeddi dəfə müflis olub , yenidən  dirçəldiyinin, bununla ruhdan düşmədyinin əsərdən oxudum. 
Mirzə Babayevlə dostluğunun tarixçəsi, Fioletov klubunda çalışdığı illərdəki fəaliyyəti haqqında hələ çox əsərlər yazılacaq. Çünki məhz Fioletov klubunda çalışdığı dönəmdə bütov bir nəsl mədəniyyət adamının yetişməsində mühüm rolu olduğunu kitabda daha yaxından öyrəndim. Ancaq təqdimatda iştirak edən xalq artisti Taryel Qasımovun dilindən eşitdiyim sözləri isə yaddaşımda dərin iz buraxmış oldu. İnanıram ki, xalq artıstinin sözləri tək mənim yox elə, görüşdə iştirak edən hər kəsin diqqətini çəkdi. 
Mən Elxan müəllimin Şamaxıdan millət vəkili kimi çalışdığı dövr, habelə  beynəlxaq siyasi proseslərə verdiyi töhfələrdən xəbərdaram. Amma Polşa kosmonavtı Miroslav Hermaşevski ilə dostluğundan xəbərsiz idim...
Beləliklə, kitab haqqında fikirlərimi qısa şəkildə bildirməyi özümə borc bildim. 628 səhifəlik kitaba elə bu qədər də təhlil yaza bilərdim. Etiraf edim ki, sadəcə vaxt darlığı buna imkan vermir. Çünki sabah ağsaqql üçün həm də özəl gündür. 85 yaşı tamam olur. Bütün hallarda  Elxan Süleymanovun və bütövlükdə AVCİYA-nın fəaliyyətinə əsas qiyməti  özünündə yazdığı kimi ölkə Prezidenti cənab İlham Əliyev verib. 
Mən isə belə əziz bir gündə Elxan Süleymanova sağlıqlı illərlə xalqına, dövlətinə  "gərəkli olduğunu" bundan sonra da göstərməyi arzu edirəm.  
Gərəkli olmağı seçən insana xoş arzularla...
Vüqar Tofiqli 
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri