Gərginlik artdı, onlar ən yüksək həyəcan səviyyəsinə keçdilər
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər fonunda baş verən etirazlar zamanı ölənlərin sayının 4 519-a çatdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, etirazlar artıq 25 gündür davam edir. Bu fonda İran İnqilab Keşikçilərinin yüksək rütbəli komandirlərindən biri bildirib ki, son etirazlara qarşı tətbiq edilən sərt təhlükəsizlik tədbirlərindən sonra ölkənin silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsinə gətirilib.
İnqilab Keşikçilərinin komandan müavini, briqada generalı Əhməd Vəhidi İran silahlı qüvvələrinin imkanlarının “çox güclü” olduğunu və tam əməliyyat hazırlığında dayandığını vurğulayıb. Dövlət mediasının yaydığı məlumata görə, Vəhidi qeyd edib ki, “düşmənlərdən gələn təhdidlər həmişə mövcud olub və bu, yalnız bu günə və ya dünənə aid deyil”.
Xatırladaq ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın kəskin dəyərdən düşməsi və dərinləşən iqtisadi problemlər səbəbilə başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Yanvarın 8-də Tehranda baş verən və zorakılıqla müşayiət olunan toqquşmalardan sonra İran hökuməti internetə çıxışı bloklayıb. Son məlumatlara görə isə internetə çıxış qismən və məhdud şəkildə bərpa olunub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 21 Yanvar 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















